İyunun 4-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Bioresurslar İnstitutu və Ekoloji Tərbiyə Mərkəzinin birgə təşkilatçılığı ilə Mərkəzin dərnək üzvləri Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə Nəbatat bağında ekskursiyada olmuşdurlar.
Bioresurslar İnstitutunun Nəbatat şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Teyyub Paşayev ekskursiya zamanı dərnək üzvlərinə Nəbatat bağının bitkiliyi, burada aparılan elmi-tədqiqat işləri, toplanan meyvə və üzüm genofondu bağları, dekorativ bitkilər, yerli və xarici floralara məxsus bitkilər, həmçinin bağın istixanasında toplanan, başqa ölkələrdən gətirilmiş bitkilər haqqında geniş məlumat vermişdir.
Ekskursiyada dərnək üzvləri Nəbatat bağında olan ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərmiş, təmizlik və suvarma işlərini həyata keçirmişlər.
Aksiyada 15 dərnək üzvü iştirak etmişdir.