• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1122
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15609
mod_vvisit_counterBu ay20613
mod_vvisit_counterÜmumi2961424

Tarix: 12 Yan., 2025

“5 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü” ilə əlaqədar olaraq ümumtəhsil məktəblərində “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir

05 iyun bütün dünyada Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü kimi qeyd olunur. Son illər ekoloji tarazlığın qorunması, yaşıllıq zolaqlarının genişlənməsi və bu kimi məsələlər mühüm əhəmiyyət kəsb edir. Muxtar respublikamızda da yaşıllıq sahələrinin həcminin dəfələrlə artması, yurdumuzun yaşıllıqlar məskəninə çevrilməsi görülən ekoloji tədbirlərin nəticəsidir. Bu sahədə həyata keçirilən tədbirlər, mövcud problemlərin həlli istiqamətində görülən işlər davamlı xarakter alıb, yeni əkilən ağacların suvarılmasında damcı üsulunun tətbiqi genişləndirilib, çox sayda meyvə bağları, yaşıllıq zolaqları salınıb. Hər il yüz hektarlarla meyvə bağları və yaşıllıq zolaqları salınır, ətraf mühitə qayğı göstərilir. Bu tədbirlər hesabına bu gün muxtar respublika ərazisinin 20 faizini meyvə bağları və yaşıllıq zolaqları təşkil edir.

“05 iyun-Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü”nün şagirdlər arasında təbliğ olunması, onlara ekologiyamızın qorunmasının əhəmiyyətinin bir daha çatdırılması məqsədilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin və Naxçıvan Muxtar Respublikası Ekoloji Tərbiyə Mərkəzinin dərnək üzvlərinin iştirakı ilə “Təbiəti qoruyaq” aksiyası keçirilmişdir. Aksiya çərçivəsində muxtar respublikada həyata keçirilən ekoloji tədbirlər haqqında şagirdlərə məlumatlar verilmiş, ümumtəhsil məktəblərinin ərazilərində ağac və kol bitkilərinə aqrotexniki qulluq göstərilmiş, ərazilər alaq otlarından təmizlənmiş, suvarma işləri aparılmış, qurumuş ağacların diblərinə isladılmış dənələr basdırılmışdır.

Yaşıllıqların qorunması və artırılması istiqamətində şagirdlərlə aparılan maarifləndirici tədbirlərin və aksiyaların növbəti tədris ilində də davam etdirilməsi  nəzərdə tutulur.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg