• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1084
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15571
mod_vvisit_counterBu ay20575
mod_vvisit_counterÜmumi2961386

Tarix: 12 Yan., 2025

Peşə təhsili ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən təsdiq edilmiş “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında əhalinin məşğulluğunun artırılması üzrə Dövlət Proqramı” və “2021-2025-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası Təhsil Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır. İyunun 7-də Naxçıvan şəhər 14, 16 və  17 nömrəli tam orta məktəblərdə peşə ixtisasları, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların maraq və bacarıqları nəzərə alınmaqla peşə təhsilinə cəlb edilməsi ilə bağlı növbəti maarifləndirici tədbir keçirilib. Tədbirdə Təhsil Nazirliyi Aparatının əməkdaşı, Naxçıvan Şəhər Peşə Liseyinin direktoru və  IX-XI sinif şagirdləri iştirak ediblər.

Maarifləndirici tədbirdə IX-XI sinif şagirdlərinə 2021-2022-ci tədris ilində əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar haqqında məlumat verilib. Bildirilib ki, muxtar respublikamızda təhsilin digər pillələri kimi, peşə təhsili də qayğı ilə əhatə olunub. Bu gün muxtar respublikamızda peşə təhsili müəssisələrinin yenidən qurulması və lazımı avadanlıqlarla təchiz olunması peşəyə marağı daha da artırıb. Hər bir şagirdin bacarığı var. Məhz elə o bacarıqlara uyğun peşə seçimində şagirdlərə köməklik göstərmək məqsədilə bu cür maarifləndirici tədbirlər təşkil olunur.

Vurğulanıb ki, 2009-cu ildən fəaliyyət göstərən Naxçıvan Şəhər Peşə Liseyi 2016-cı ildə yenidən qurularaq istifadəyə verilmişdir. Liseydə təhsil almaq üçün hər cür şərait yaradılmış, lisey ən müasir avadanlıqlarla - emalatxanalar, elektron lövhəli siniflər, kitabxana, yataqxana, yeməkxana ilə təchiz olunmuş, infrastrukturu yenilənmişdir.

Peşə təhsili müəssisələrində tədris prosesi Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Tədris Planları əsasında keçirilir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg