• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1135
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15622
mod_vvisit_counterBu ay20626
mod_vvisit_counterÜmumi2961437

Tarix: 12 Yan., 2025

Muxtar respublikada yayılan bəzək əhəmiyyətli tülpanlar

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və AMEA Naxçıvan Bölməsinin birgə təşkilatçılığı ilə “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilir. Layihədə iştirak edən Naxçıvan şəhər Naxçıvan Qızlar Liseyi XI sinif şagirdi Surə Cəfərova, elmi rəhbər AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Salayeva Zülfiyyə tərəfindən “Naxçıvan Muxtar Respublikası ərazisində yayılan Tülpan növləri və onların bəzək əhəmiyyəti” mövzusunda tədqiqat işi aparılıb. Tədqiqat işinin mövzusuna uyğun olaraq “Naxcıvan Muxtar Respublikasında yayılan bəzək əhəmiyyətli Tülpan növləri” mövzusunda məqalə hazırlanıb. Məqalədə muxtar respublikada yayılan Tülpan  növləri haqqında məlumat verilir.

NUHÇIXAN İnformasiya Agentliyi həmin məqaləni təqdim edir:

Naxçıvan Muxtar Respublikasının florası Azərbaycanın digər coğrafi rayonlarından zənginliyi ilə fərqlənir. Təbii sərvətlər içərisində biоrеsurslаr хüsusi yеr tutur, onun da tərkib hissələrindən biri də bitkilər аləmidir.

Bəzək bitkilərinin insanlar tərəfindən becərilməsinin, öyrənilməsinin və istifadə olunmasının tarixi çox qədimdir. Bu işlə ilk dəfə misirlilər məşğul olmuşlar. Dörd min il bundan əvvəl qədim Misirdə, Xətşemsut iqamətgahının divarlarında bir şəkil həkk olunub. Həmin şəkildə bəzək  bitkilərinin xərəklə daşınması təsvir edilib. Bəzək bitkiləri ilk dəfə tropik vilayətlərdən Avropaya XV əsrdə səyahətçilər tərəfindən gətirilibdir. Rusiyada bəzək bitkilərinin becərilməsinə I Pyotrun Avropaya səfərindən sonra başlanılıbdır.

Respublikamızda bəzək bitkilərinin becərilməsinə 1860-cı ildən  başlanıbdır. Oranjereyalar isə 1940-cı ildən gül həvəskarları tərəfindən yaradılıbdır. Azərbaycanda 1918-ci ilə qədər olan dövrdə bəzək bitkilərinin becərilməsi fərdi xüsusiyyət daşıyıb və onunla ayrı-ayrı çiçək həvəskarları məşğul olubdur. Əksərən varlılar Yaxın Şərqdən, Avropadan gətirilmiş nərgiz, qərənfil, tülpan və başqa bəzək əhəmiyyətli güllər ilə öz bağlarını, bağçalarını bəzəyirdilər.

Abşeron şəraitində ilk dəfə olaraq bəzək bitkilərinin becərməsi işi ilə 1890-cı ildə çiçək həvəskarı Rza bəy Səlimxanov məşğul olmağa başlayıbdır. O, Peterburqdan, Hollandiyadan, Fransadan, Belçikadan bəzək bitkilərinin bir çoxunu əkin və səpin materialı kimi gətirərək özünün həyətyanı sahəsində əkib becəribdir. Qafqazın və Azərbaycanın bəzək bitkilərinin öyrənilməsində O. V. İbadlının apardığı bir sıra elmi-tədqiqat işləri çox maraqlıdır. Son illərdə Z.K. Salayeva tərəfindən muxtar respublikada yayılan bəzək bitkiləri tədqiq edilib, floramıza yeni taksonlar əlavə olunubdur. Muxtar respublikada yayılan  faydalı bitkilər içərisində bəzək xüsusiyyətləri ilə diqqəti cəlb edən Tülpanlar xüsusi yer tutur. Bitkinin bəzi növləri haqqında məlumat veririk.

Tülpan - (Tulipa) L. Tülpan insanların ən çox sevdiyi güllərdən biri olub, vətəni  İran hesab edilir. Onu qadınların baş örtüyü olan türbana bənzədib və tülpan adlandırıblar. Tülpanlar haqqında bir çox əfsanələr məlumdur. Belə hesab edilib ki, onun qönçəsi hamının üzünə açılmır. Yalnız o, dərdsiz, kədərsiz, məsum insanların üzünə açılır.

1258-ci ildə Sədinin “Gülüstan” əsərində tülpanlar haqqında məlumat verilibdir. İrandan tülpanlar Türkiyəyə gətirilib və burada onlar “lalə” adlandırılıbdır. Hər il Türkiyədə Tülpan bayramı keçirilir. İstanbulda Sultan imarətinin qarşısında böyük bir sahə tülpanlarla bəzədilib və bu yer “Tülpan güzgüsü” adlandırılıbdır.

1571-ci ildə tülpanlarının ilk elmi təsviri İsveçrə botaniki K. Qesner tərəfindən verilibdir. 1570-ci ildə tülpanların soğanaqları Hollandiyaya gətirilibdir. 1593-cü ildə məşhur Fransa botaniki Karolus Kluzius tülpanın seleksiya yolu ilə müxtəlif, gözəl çalarlı sortlarını alıbdır. Cinsə daxil olan növlər çoxillik, soğanaqlı bəzək bitkiləridir. Orta Asiya ölkələrində soğanaqları bişirilərək əhali tərəfindən yeyilir. Ərazidə yayılan tülpan növləri gözəl və zərif görünüşə malik olduqlarından bəzək-bağçılıqda, yaşıllaşdırmada, landşaft memarlığında geniş istifadə edilir. Gül dəstələri düzəltmək üçün çox istifadə edilən bitkidir.

Aparılan tədqiqatlar zamanı Naxçıvan Muxtar Respublikasında yayılan 8 tülpan növü öyrənilibdir. Bəzək bitkiləri olduğuna görə soğanaqları  ilə birlikdə əhali tərəfindən toplanılır. Bunlardan Qesner tülpanı, Yuliya tülpanı, Qarabağ tülpanı, İkiçiçək tülpan, Eixler tülpanı, Şimit tülpanı Naxçıvan Muxtar Respublikasının “Qırmızı Kitab”ına daxil edilibdir. Bioresurslar İnstitutunun Nəbatat bağının nadir kolleksiyasında becərilir.

Ordubad rayonunun Kotam, Kilit, Nüs-Nüs, Diyançay, Fəhlə dərəsi, Şahbuz rayonunun Kükü, Darvazaqaya, Dərəboğazı, Batabat, Culfa rayonunun Dəmirlidağ, Xəzinə dərəsi, Darıdağ, Bəyəhməd, Şərur rayonunun Qaraquş dağ, Tənənəm, Babək rayonunun Duzdağ, Buzqov ərazilərində və s. yerlərdə daşlı, çınqıllı, nisbətən az otlu sahələrdə və qayalı yamaclarda yayılıblar. Naxçıvan Muxtar Respublikasının rayonlarında bəzək bitkilərinin azalması səbəblərindən biri də təbiəti gəzmək, istirahət üçün gedən insanların qarşısına çıxan ixtiyari gözəl görünüşlü çiçəklərin dərilməsidir. Bu çiçəklər içərisində tülpanlar bəzək bitkiləri olduğu üçün toplanılmağa daha çox məruz qalırlar. İkinci bir tərəfdən onları soğanaqları ilə birgə torpaqdan çıxararaq həyətyanı sahələrdə əkirlər.

Ekspedisiyalar zamanı dəfələrlə müşahidə etmişik ki, pencər (şomu, çiriş, qazayağı, çaşır və s.) toplayan yerli əhali və ya şəhərdən istirahət üçün gələn insanların əlində gözəl görünüşlü tülpanlar vardır. Məhz buna görə əhali arasında bitkilərin mühafizəsi işi naminə təbliğat aparılması vacib hesab edilir. Bunun üçün ən münasib üsul foto-albomların təbliğat vasitəsi kimi buraxılmasıdır. Təbiətə istirahət etmək üçün gedəndə evə dönən zaman buketsiz qayıtmalı, əvəzində isə foto və video aparatların əks etdirdiyi materiallar, gül buketlərini əvəz etməlidir. Fikrimizcə, təbiətdən səmərəli istifadə qanunlarından öncə, insanların təbiətə şüurlu münasibəti vacibdir, əks halda böyük bir ərazidə hər bir gül ətrafında nəzarətçinin qoyulması qeyri-mümkündür. Təbii sərvətlərimizin gələcək nəsillərə qorunub saxlanması, onlardan səmərəli və məqsədyönlü istifadə olunması, muxtar respublikamızın hər bir vətəndaşının müqəddəs vəzifəsi olmalıdır.

Zülfiyyə Salayeva

AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun aparıcı

elmi işçisi,

biologiya üzrə fəlsəfə doktoru, dosent

Surə Cəfərova

Naxçıvan Qızlar Liseyi XI sinif şagirdi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg