9 iyun 2021-ci il tarixdə “15 iyun-Milli Qurtuluş günü” münasibətilə Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin Heydər Əliyev Muzeyinə ekskursiyası təşkil olunub. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsi tərəfindən təşkil olunan ekskursiyada 30-a yaxın şagird iştirak edib.
Muzeyin bələdçisi Gülnar Quluzadə ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti haqqında şagirdlərə geniş məlumat verib və onları muzeydə olan eksponatlarla yaxından tanış edib. Sonda şagirdləri maraqlandıran suallar muzeyin bələdçisi tərəfindən cavablandırılıb.