Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin qrafikinə uyğun olaraq Heydər Əliyev Muzeyində 10 iyun 2021-ci il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin 15 şagirdinin iştirakı ilə növbəti açıq dərs keçirilib.
Muzeyin əməkdaşı Quluzadə Gülnar “Qayıdışdan qurtuluşa” mövzusunda keçdiyi açıq dərsdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı haqqında şagirdlərə məlumat verib. Dərsdə bildirilib ki, Azərbaycanın ən yeni tarixində xalqımız tərəfindən qeyd olunan mühüm günlərdən biri “15 İyun Milli Qurtuluş Günü”dür. Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı həm strateji, həm də ümummilli baxımdan çox mühüm əhəmiyyət kəsb edən hadisə idi. Məhz Milli Qurtuluş Günü sayəsində müasir dünya dövlətləri arasında güclü, müstəqil Azərbaycan dövləti mövcud olmuşdur. Bu gün müstəqil Azərbaycan Ümummilli liderin ideyaları əsasında inkişaf edir.
Dərsin sonunda şagirdləri maraqlandıran suallar muzeyin əməkdaşı tərəfindən cavablandırılıb və muzeydə nümayiş olunan ümummilli liderimizin fəaliyyəti dövründə həyata keçirdiyi tədbirlər, qəbul etdiyi mühüm əhəmiyyətli qərarlar, sərəncamlar, fotolar və müxtəlif eksponantlar haqqında geniş məlumat verilib.