• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1049
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3930
mod_vvisit_counterBu ay36262
mod_vvisit_counterÜmumi2503527

Tarix: 24 Apr., 2024

Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan şəhər və Babək rayon ümumi təhsil məktəblərinin IX sinif şagirdləri ilə keçirilən “Açıq qapı” günü keçirilmişdir

Naxçıvan şəhər və Babək rayon ümumtəhsil məktəblərinin IX sinif şagirdləri arasında orta ixtisas təhsilinə marağın artırılması məqsədilə Naxçıvan Dövlət Texniki Kollecində 11 iyun 2021-ci il tarixdə “Açıq qapı” günü təşkil olunmuşdur.

Tədbirin keçirilməsinin məqsədi orta ixtisas təhsili haqqında şagirdləri məlumatlandırmaq, həmçinin onları Naxçıvan Dövlət Texniki Kollecinin təhsil mühiti ilə yaxından tanış etmək, kollecdə kadr hazırlığı aparılan ixtisaslar və digər lazımi məlumatlar barədə maarifləndirməkdən ibarət olub.

Keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının Orta ixtisas təhsili müəssisələri və peşə məktəbləri ilə iş üzrə şöbəsinin müdiri Vüsal Abdullayev və Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov çıxış edərək “Orta ixtisas təhsilinin əhəmiyyəti” mövzusunda məktəblilərə məlumat vermişlər.

Qeyd edilmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunan Naxçıvan Dövlət Texniki Kollecində tədrisin keyfiyyətinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Muxtar respublika rəhbərinin qayğısı ilə kollec üçün ayrılmış yeni bina əsaslı yenidənqurmadan sonra 10 oktyabr 2016-cı ildə müəllim və tələbələrin istifadəsinə verilmişdir. Naxçıvan Dövlət Texniki Kolleci orta ixtisas təhsili müəssisəsi kimi muxtar respublika iqtisadiyyatının müxtəlif sahələrinin ixtisaslı kadrlarla təmin olunmasında mühüm rol oynayır. Hal-hazırda kollecdə 8 ixtisas – Mühasibat uçotu, Bank işi, Rabitə qovşaqları və kommunikasiya sistemləri, Baytarlıq, Yol hərəkətinin təşkili, Nəqliyyatda daşımaların təşkili, Elektrik təchizatı, İstilik təchizatı və istilik texnikası avadanlıqları üzrə kadr hazırlığı aparılır. 2020/2021-ci tədris ili üçün Rabitə qovşaqları və kommunikasiya sistemləri, Yol hərəkətinin təşkili, Nəqliyyatda daşımaların təşkili ixtisasları ləğv olunaraq, Telekommunikasiya və kompüter sistemlərinin informasiya təhlükəsizliyi, Nəqliyyat vasitələrinin texniki istismarı, Lokomotiv və elektrik qatarı təsərrüfatı, Bələdiyyə işi, Aqrar təsərrüfatın təşkili ixtisasları üzrə qəbul aparılacaqdır. Bununla da kollecə qəbul aparılan ixtisasların sayı 10-a yüksələcəkdir.

Tədbirin davamı olaraq şagirdlər əyani olaraq Kollecdə fənn kabinələri, laboratoriyalar, elektron lövhəli siniflər, kompüter otaqları və kitabxana ilə tanış olmuş və onları maraqlandıran lazımi məlumatlarla təmin olunmuşlar.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg