• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün599
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15086
mod_vvisit_counterBu ay20090
mod_vvisit_counterÜmumi2960901

Tarix: 12 Yan., 2025

Təhsilimiz yeni eranın başlanğıcında

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri cənab Vasif Talıbov “Naxçıxan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 2021-ci il 7 iyun tarixli Sərəncam imzalayıb. Sərəncamda deyilir: “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində yeni texnologiyaların, distant və elektron təhsilin tətbiqi yüksək ixtisaslı kadr hazırlığına geniş imkanlar açır. Elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrasiya olunduğu STEAM təhsil metodu da əldə olunan biliklərin praktikada tətbiqi və intellektual potensialın əmək bazarının tələblərinə uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır”.

Muxtar respublikamızda çoxşaxəli quruculuq siyasətinin əsas tərkib hissəsi kimi təhsil sektoru dövlətimizin xüsusi diqqət və qayğısı ilə inkişaf etdirilir. Müstəqilliyin ilk illərindən bütün sahələr kimi tamamilə dağılmış təhsil sektorunda əsaslı dönüş yaratmaq məqsədilə ötən illər ərzində müvafiq addımlar atılıb, buna paralel olaraq təhsilalanlar üçün uyğun təhsil şəraitinin yaradılmasına müvəffəq olunub. Belə ki, diyarımızın bütün bölgələrində yeni məktəb binaları tikilib və ya əsaslı təmir olunub, onlar həmçinin müasir informasiya-kommunikasiya, istilik sistemləri ilə təchiz edilib. Bunların yanında, məktəblilərə pulsuz dərsliklərin verilməsi, zəngin kitabxana sistemlərinin yaradılması, eləcə də onların bilik və bacarıqlarının artırılması da diqqətdə saxlanılıb.

Təhsil sektorunda həyata keçirilən quruculuq siyasəti çərçivəsində muxtar respublika təhsilinin ölkə təhsil sisteminin tərkib hissəsi kimi dünyaya inteqrasiyası da həyata keçirilib. Belə ki, dünyanın ən mütərəqqi təhsil sistemlərindən olan kurikulum təlim metodu böyük vəsait sərf edilərək ölkəmizin digər bölgələri ilə paralel olaraq muxtar respublikada da tətbiq olunmağa başlanılıb, bu təlim metodu əsasında hazırlanan milli kurikulumla birlikdə muxtar diyarımız dünyanın ən qabaqcıl təhsil regionlarından birinə çevrilib. Amma müasir dünya tələblərinin günbəgün dəyişməsi, eləcə də bu sahədə yeni meyarların ortaya çıxması təhsil sahəsində daim mütərəqqi addımların atılmasını şərtləndirir. Xüsusilə də son bir neçə ildə təhsil sahəsində yaradıcı təfəkkürə duyulan ehtiyaca və gənclikdən zəngin elm-biliklə yanaşı, dərin yaradıcılıq bacarıqları tələb olunması bir çox yeni təhsil metodlarının meydana çıxmasına səbəb olub. Bunlar içərisində, şübhəsiz, STEAM təhsil metodu daha çox diqqəti cəlb edib. Beləliklə, bir çox mütəxəssislər tərəfindən dünyanın ən mütərəqqi təhsil metodlarından hesab olunan STEAM-ın muxtar diyarımızda da tətbiqinə start verilib.

Muxtar respublikamızda təhsil sektorunda aparılan islahatların ən son örnəyi kimi qeyd edə biləcəyimiz STEAM təhsil metodu beş sahənin - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisini mümkün edir. Nəticədə, elmin və texnologiyanın öyrədilməsində ənənəvi sistemdən fəqli olaraq, STEAM vasitəsilə şagirdlər öyrədilən bilikləri gündəlik həyatlarında tətbiq edə bilirlər. Yəni, bu təhsil metodu təhsilalanların müxtəlif bacarıqları artırmağa və tətbiq etməyə şərait yaradır, bir növ, onları hansı peşəni seçməsindən asılı olmayaraq, həyata hazırlayır.

STEAM təhsil metodunda qarşıya qoyulmuş məqsədlərə nail olunması halında, yaxın gələcəkdə muxtar respublikamız bütün sahələrdə daha da inkişaf etmiş bir regiona çevriləcəkdir. Belə ki, STEAM təhsil metodundan düzgün istifadəni mənimsəyən və bu metodun öyrətdiyi bilik və bacarıqlara yiyələnən muxtar respublika gəncləri güclü mütəxəssis kimi diyarımızda bu və ya digər sahələrin inkişafına təkan verə biləcəklər. Bu isə, öz növbəsində, uğurlu gələcəkdən xəbər verir və nəticə etibarilə muxtar respublikamızı dünyanın tərəqqi etmiş regionları ilə bır sırada dayanmasına imkan yaradacaq. Ümumiyyətlə, STEAM təhsil metodunun tətbiqini zəruri edən səbəblər bundan ibarətdir ki, muxtar respublikada bütün sahələrdə yüksək elmli-bilikli, intellektual gəncliyin yetişdirilməsi yanında, onların həmçinin yaradıcı-bacarıqlı şəkildə tərbiyəsinə nail olunsun. Bu isə müasir dünyanın əmək bazarında yaratdığı yeni şəraitin tələbləri ilə bağlıdır.

Dünyanın ən müasir təhsil metodu hesab edilən STEAM-ın muxtar respublikamızda tətbiqi üçün artıq bir sıra addımlar atılıb. Belə ki, muxtar respublika Təhsil Nazirliyi tərəfindən müəllimlərin iştirakı ilə müxtəlif təlim kurslarının həyata keçirilməsinə başlanılıb. Təlimlər boyunca müəllimlərə STEAM metodologiyası, robotexnika, 3D CAD və modelləşdirmə, çap, proqramlaşdırma, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları öyrədilməsi planlaşdırılıb. Bundan başqa, ümumtəhsil məktəblərində STEAM kabinələri, elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici qurğuların quraşdırılmasına başlanılıb. Onu da qeyd edək ki, bütün bunların yanında muxtar respublikamızda hər il “STEAM təhsil festivalı”nın keçirilməsi nəzərdə tutulub.

Göründüyü kimi, STEAM təhsil metodunun muxtar respublikamızda tətbiqi üçün bütün zəruri addımları atılmağa başlanılıb. İnanırıq ki, bu təhsil metodunun tətbiqi diyarımızın qarşıdakı illərdə daha da inkişafına və dünyanın ən qabaqcıl regionları sırasındakı yerinin güclənməsinə böyük töhfə verəcək. Çünki təhsil sektoruna qoyulan sərmayə ölkələrin, regionların inkişafında əsas amildir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri Vasif Talıbovun da qeyd etdiyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Anar Qasımov

“Yeni həyat” qəzeti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg