Ordubad Rayon Təhsil Şöbəsində rayonun ümümtəhsil məktəblərini bitirən abituriyentlər üçün "Abituriyentlərin imtahana psixoloji hazırlığı” mövzusunda seminar keçirilib. Seminarda məqsəd qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün imtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunmasına kömək etməkdir. Tədbiri giriş sözü ilə Ordubad Rayon Təhsil Şöbəsinin müdiri Samir Zeynalov açdı, təhsilin önəmindən, imtahan məsuliyyətindən, məsuliyyətin doğurduğu həyacan və onun təsirlərindən danışdı, şagirdlərə qarşıdakı imtahanlarda uğurlar arzuladı.
Sonra İnternat tam orta məktəbin psixoloqu Nuridə Məmmədova; İmtahan öncəsi və imtahan zamanı yaranan həyacan və narahatçılığın aradan qaldırılması və idarə olunması,
Dövlət İmtahan Mərkəzinin nəzarətçi müəllimi Uğur İsgəndərov; İmtahan mərkəzinə aparılacaq əşyalar, imtahan müddətində davranış qaydaları, zamanın düzgün bölünməsi,
İnternat tam orta məktəbin müəllimi Mehman Vəlibəyov; İmtahan sonrası ixtisas seçiminin düzgün aparılması mövzularında çıxışlar etdilər.
2019/2020 tədris ilinin rayon birincisi, Nüsnüs kənd tam orta məktəbinin məzunu, ATU-nin tələbəsi Nəriman Həsənov; Uğurun açarı özümüzdədir deyərək öz tövsiyyələrini abituriyentlərə çatdırdı.
Sonda “İmtahan həyacanı” və “Motivasiya” adlı videoçarxlar izlənildi, abituriyentləri maraqlandıran suallar cavablandırıldı, buraxılış imtahanında yüksək nəticə göstərən şagirdlərə “Fəxri Fərman” və hədiyyələr təqdim olundu.