• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün569
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15056
mod_vvisit_counterBu ay20060
mod_vvisit_counterÜmumi2960871

Tarix: 12 Yan., 2025

STEAM “Yay məktəbi”nə start verildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən şagirdlərin bilik və bacarıqlarının möhkəmləndirilməsi, istedadlarının aşkar edilməsi istiqamətində bir sıra innovativ layihələr tətbiq olunur. Bu layihələrdən biri də 2020/2021-ci tədris ilindən muxtar respublikamızda tətbiqinə başlanılan STEAM-dir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” 7 iyun 2021-ci iltarixli Sərəncamı bu sahədə görülən işləri sürətləndirmişdir. Bu işlərin davamı olaraq şagirdlərin asudə vaxtının səmərəli təşkili, innovativ təhsil metodu olan STEAM üzrə bilik və bacarıqlar əldə etməsi məqsədilə Ağbulaq İstirahət Mərkəzində “STEAM Yay Məktəbi” təşkil olunub.

İyulun 6-da şagirdlər Təhsil Nazirliyindən Ağbulaq İstirahət Mərkəzinə yola salınıblar. Şagirdlər Mərkəzdə yerləşdikdən sonra “STEAM Yay Məktəbi”nin açılışı olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Gənclər Fondu və Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən “Yay məktəbi”nin açılış tədbirində Təhsil naziri Rəhman Məmmədov STEAM təhsil metodunun ümumtəhsil müəssilərində tətbiqinin əhəmiyyətindən danışıb. Bildirilib ki, STEAM təhsil metodunun tətbiqinin əsas məqsədi fənlər arasındakı fərqi aradan qaldırmaq və ​​bu təhsil yanaşması ilə araşdırma, istehsal və ixtiraçı nəsil yetişdirməkdir. Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikanın təhsil müəssisələrində pilot olaraq STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri STEAM təhsil metodunun tətbiqinin əhəmiyyətini, şagirdlərin bilik və bacarıqlarının aşkarlanması və inkişaf etdirilməsindəki rolunu nəzərə alaraq “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” iyunun 7-də Sərəncam imzalamışdır. Sərəncama uyğun olaraq Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir.

Təhsil naziri bildirmişdir ki, Sərəncamın icrası ilə bağlı Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 11 iyun 2021-ci il tarixli Qərarı ilə “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı Tədbirlər Planı” təsdiq edilmişdir. Hazırda tədbirlərin icrası istiqamətində işlər davam etdirilir.  Bu günə qədər 15 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmışdır. Sentyabrın 15-dək əlavə olaraq 38 məktəbdə də kabinələr yaradılacaqdır. Beləliklə 2021-2022-ci tədris ilindən etibarən 7 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaqdır.

Nazir qeyd etmişdir ki, şagirdlərin asudə vaxtının səmərəli keçirilməsi məqsədi ilə  6-9 və 13-16 iyul 2021-ci il tarixlərdə muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün “STEAM yay məktəbi”nə start verilir. Proqram üzrə şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə məlumatlarla tanış olacaqlar. Proqram əsasında şagirdlərə micro:bit vasitəsilə kodlama, müxtəlif mühəndis-dizayn həllərinin prototipləşdirilməsi və digər bu kimi istiqamətlərdə praktik biliklər veriləcək və təlimi uğurla başa vuran şagirdlər Təhsil Nazirliyi tərəfindən STEAM “Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediləcəklər.

Təhsil naziri “STEAM yay məktəbi”nin iştirakçılarına uğurlar arzulamış, müəllimlərə təlimlərin yüksək səviyyədə təşkili ilə bağlı tapşırıqlar vermiş, təhsildə innovasiyaların tətbiqi üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev çıxış edərək bildirmişdir ki, Azərbaycanın hər yerində olduğu kimi muxtar respublikamızda da yeniyetmə və gənclər hər zaman dövlətimizin diqqət mərkəzindədir və onların hərtərəfli inkişafı ölkəmizin sosial-iqtisadi və elmi-mədəni inkişafı ilə sıx əlaqədədir. Yetişməkdə olan gənc nəslin öz bilik, savad və bacarıqlarının, böyük potensialının effektli reallaşdırılmasını, cəmiyyətdə özünə layiqli yer tutmasını və xidmətini təmin edən şəraitin yaradılması məqsədilə dövlətin gənclər siyasətinin tərkib hissəsi kimi prioritetlər müəyyənləşdirilmiş və kompleks tədbirlər mütəmadi olaraq həyata keçirilməkdədir.

Son illər muxtar respublikanın ictimai-siyasi, elmi-mədəni həyatında yeniyetmə və gənclərin fəal iştirakı, yeniyetmə və gənclər üçün müxtəlif layihələrin, tədbirlərin, yay məktəblərinin, düşərgələrin keçirilməsi gələcəyimizə qayğıdan xəbər verir.

İnanırıq ki, bu gün təşkil olunan “STEAM YAY Məktəbi” də yaxın gələcəkdə doğma Naxçıvanımızda elm sahəsində daha böyük nailiyyətlər əldə olunmasına səbəb olacaq.

Sonra Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Anar İbrahimov çıxış edərək bildirmişdir ki, həmkarlar şurasının muxtar respublika rəhbərliyinin ictimai təşəbbüslərinə qoşularaq onların həyata keçirilməsində iştirak həmkarlar təşkilatlarının qarşısında duran ümdə vəzifələrədən biridir. Bu mənada STEAM yay məktəbi də gələcəyə - insan kapitalına yatırım kimi əhəmiyyətli layihədə iştirak bundan sonra da davam etdiriləcək. O, yay məktəbinin işinə uğurlar arzulamış, şagirdləri təbrik etmişdir.

Çıxışlardan sonra tədbir iştirakçıları “STEAM yay məktəbi”nin proqramı və orada iştirak edən şagirdlərə yaradılan şəraitlə tanış olmuşlar. Bildirilmişdir ki, “STEAM yay məktəbi”nin təşkili üçün Təhsil Nazirliyi tərəfindən müəllimlərlə yanaşı təlimçilər müəyyənləşdirilmiş, yay məktəbinin 4 günlük proqramı Təhsil Nazirliyi tərəfindən tədris mövzularına uyğun olaraq  hazırlanmış, proqrama - STEAM metodologiyaları, proqramlaşdırma modulu, mikrobit platforması, 3D modelləşdirmə və 3D çap, lego modellerindən robotların hazırlanması, elektrik mühəndisliyi, layihələrin hazırlanması və mühəndislik dizayn prosesi daxildir. Bununla yanaşı proqrama şagirdlərin yerləşdirilməsi, Ağbulaq İstirahət Mərkəzi ilə tanışlıq, səhər, nahar və şam yeməkləri, müxtəlif idman oyunları ilə sərbəst vaxtlarını keçirmək, sənədli filmlərin nümayişi daxildir.

“STEAM Yay Məktəbi”nin təşkili ilə bağlı Təhsil Nazirliyi tərəfindən şagirdlərin istifadəsi üçün 10 ədəd notebook, 4 ədəd 3D printer və çap materialı, 15 ədəd mikrobit dəsti, 15 ədəd 3D qələm, 10 ədəd servo mühərrik, 4 ədəd LEGO, 1 ədəd rokokey inkişaf kartı, 1 ədəd EVO STEM dəsti və STEAM layihələrinin hazırlanmasına lazım olan digər ləvazimatlar ayrılmışdır.

4 günlük təşkil olunmuş STEAM “Yay məktəbi”ndən hər biri 30 şagird olmaqla, ümumilikdə 60 şagird  yararlana biləcəkdir. Tələbələr üçün isə avqust ayında “STEAM Yay Məktəbi”nin təşkili planlaşdırılır.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg