• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün577
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə15064
mod_vvisit_counterBu ay20068
mod_vvisit_counterÜmumi2960879

Tarix: 12 Yan., 2025

Yay məktəbində şagirdlərə STEAM təhsili öyrədildi

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər Fondu və Həmkarlar İttifaqı Şurasının birgə təşkilatçılığı ilə keçirilən “STEAM Yay məktəbi” uğurla başa çatıb.

Muxtar respublikamızda ilk dəfə təşkil olunan Yay məktəbinin əsas məqsədi şagirdlərin STEAM ilə tanışlığı, yeni dərs ilində tədris olunacaq dərsləri daha asan mənimsəmələri, bu yeni metodun ana psrinsiplərindən biri olan qrup şəkilində çalışmaq bacarıqlarını inkişaf etdirməkdən ibarət olub.

Ağbulaq İstirahət Mərkəzində təşkil olunan 4 günlük yay məktəbində şagirdlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları kimi istiqamətlərdə biliklərini daha da genişləndiriblər. Təhsil Nazirliyi tərəfindən tədris mövzularına uyğun olaraq birinci gün STEAM metodologiyaları, ikinci gün 3D modelləşdirmə və 3D çap, üçüncü gün lego modellerindən robotların hazırlanması, elektrik mühəndisliyi, sonuncu gün isə layihələrin hazırlanması proqramlaşdırma modulu, mikrobit platforması və mühəndislik dizayn dərsləri tədris olunub.

STEAM təlimləri vasitəsilə şagirdlər ilkin STEAM anlayışlarını, 3D printerlərlə işləmə üsullarını, fərdi şəkildə 3 D printerləri işə salmağı və çapa start verməyi, öz fərdi modellərini tinkercard ilə hazırlamağı, ilkin proqramlaşdırmanı, robotların elektrik dövriyyələrini, bu biliklərin hər birini vahid bir layihə üzərində birləşdirməyi və bunları qrup şəkilində etməyi mənimsədilər.

Hər gün səhər idmanı ilə günə başlayan şagirdlər yeməklərini yedikdən sonra təlimçi müəllimlərin apardığı dərs prosesində iştirak etmiş, dərslər bitdikdən sonra şagirdlərin dünyagörüşünün formalaşması üçün əyləncəli intellektual oyunlar keçirilmişdir. Bunlarla yanaşı şagirdlərin istirahət vaxtlarının səmərəli təşkili üçün müxtəlif idman oyunları təşkil olunmuş, hər gün sənədli filmlərin nümayişi şagirdlər tərəfindən böyük maraqla qarşılanmışdır.

Təlimi uğurla başa vuran şagirdlər təşkilatçılar tərəfindən “STEAM Yay məktəbi”ndə iştirak etdiklərinə görə sertifikatla təmin ediliblər. “STEAM Yay məktəbi” şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

Növbəti “STEAM Yay məktəbi” 13-16 iyul tarixlərində təşkil olunacaqdır.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg