Heydər Əliyev adına tam orta məktəbin VII sinif şagirdi Sadiq Kərimov 29 iyun - 3 iyul tarixlərində Ukraynanın Nikoleyevski bölgəsində yeniyetmələr, gənclər və böyüklər arasında Universal Döyüş üzrə Dünya kuboku uğrunda keçirilən yarışın qalibi olmuşdur. Bu münasibətlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində yeniyetmə idmançımız Sadiq Kərimovla və Kikboksinq Federasiyasının sədri Xəyal Abdullayevlə görüş keçirilib.
Görüşdə Təhsil naziri Rəhman Məmmədov bu nəticənin digər məktəbli idmançılara stimul verəcəyini, onların daha böyük qələbələrə ruhlanmasına səbəb olacağını bildirmiş, idmançını təbrik edərək qiymətli hədiyyə ilə mükafatlandırmış, uğurlar arzulamışdır.