• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün200
mod_vvisit_counterDünən756
mod_vvisit_counterBu həftə200
mod_vvisit_counterBu ay19691
mod_vvisit_counterÜmumi2960502

Tarix: 12 Yan., 2025

“Naxçıvan abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib

Kəngərli Rayon Təhsil Şöbəsinin məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı “Tədbirlər Planı”na əsasən 12 iyul 2021-ci il tarixdə Kəngərli  Rayon Təhsil Şöbəsinin və Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Şahtaxtı kənd tam orta məktəbində ümumtəhsil məktəblərinin şagirdləri arasında “Naxçıvan abidələri”  mövzusunda  rəsm müsabiqəsi keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd uşaq və yeniyetmələrin istirahətinin və asudə vaxtlarının səmərəli təşkil edilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətlərinin daha da inkişaf etdirilməsi, gənc nəsildə mənəvi, bədii və estetik dünyagörüşünün formalaşdırılması, gənclərdə vətənpərvərlik duyğularının daha da gücləndirilməsindən ibarət olub.

Tədbirdə giriş nitqi ilə çıxış edən Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Yunis Ələkbərov bildirib ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası çox mürəkkəb tarixi inkişaf yolu keçmişdir. 5 min illik tarixə malik olan qədim diyarımız zəngin mədəniyyətə sahibdir. Naxçıvanın özünəməxsusluğunu əks etdirən əsas məqamlardan biri onun tarixi abidələrlə zəngin olmasıdır. Vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Azərbaycanın tərkib hissəsi kimi ölkəmizin ictimai-siyasi, iqtisadi-mədəni həyatı ilə həmahəng şəkildə özünün tarixi inkişaf yolunu uğurla davam etdirir. Bugünkü inkişaf təməli isə ulu öndər Heydər Əliyevin adı ilə sıx bağlıdır.

Qeyd edib ki, hər il olduğu kimi bu ildə məktəblilərin yay tətilini səmərəli keçirmələri ilə bağlı müxtəlif tədbirlər həyata keçirilir. Son dövrlərdə muxtar respublikamızda rəssamlıq sənətinə və gənc rəssamlara xüsusi diqqət və qayğı göstərilir, istedadlı uşaqların aşkara çıxarılması, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işlər davam etdirilir.

Müsabiqədə 22 şagird iştirak edib. Rəssamlar öz rəsmlərində Naxçıvanın tarixi abidələrini əks etdiriblər.

Müsabiqənin yekun nəticələrinə əsasən, Akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinin şagirdi Adəm Həsənov I, Qarabağlar kənd 1 nömrəli tam orta məktəbin şagirdi Şəfəq Əliyeva II, Yeni Kərki kənd tam orta məktəbinin şagirdi Roza Süleymanova III, Qıvraq qəsəbə tam orta məktəbinin şagirdi Xanım Seyidova isə həvəsləndirici yerə layiq görülüb.

Müsabiqənin qalibləri təşkilatçılar tərəfindən diplomlarla mükafatlandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg