• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün737
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14468
mod_vvisit_counterBu ay19472
mod_vvisit_counterÜmumi2960283

Tarix: 11 Yan., 2025

“Şagirdlərin həyatında məktəb-müəllim-valideyn üçbucağının rolu və əhəmiyyəti” mövzusunda onlayn vebinar keçirilib

15 iyul 2021-ci il tarixdə Kəngərli Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Biz birlikdə güclüyük” devizi altında “Şagirdlərin həyatında məktəb-müəllim-valideyn üçbucağının rolu və əhəmiyyəti” mövzusunda onlayn vebinar keçirilib.

Vebinarın keçirilməsində əsas məqsəd dövrün aktual məsələlərindən biri olan valideyn-məktəb münasibətlərinin şagirdlərin həyatında rolu və əhəmiyyətini təhlil etmək, təhsilin məzmununda, təlim-tərbiyənin təşkili məsələlərində baş verən dəyişikliklərlə və tələb olunan fəaliyyətlərlə bağlı müəllim və valideynləri maarifləndirmək, müəllim-şagird-valideyn münasibətlərini düzgün formalaşdırmaq, valideynləri məktəb həyatında fəal iştiraka təşviq etmək, şagirdlərin adaptasiyası istiqamətində valideynlərə müvafiq tövsiyələr vermək, onların adaptasiya prosesini rahatlıqla keçirməsini təmin etmək, şagirdlərin tərbiyə və təlim prosesində meydana çıxan çətinliklərini aradan qaldırmaq, psixoloji dəstək göstərmək, habelə məktəb-valideyn əlaqələrini gücləndirməkdən ibarət olub.

Vebinarı giriş nitqi ilə açan Təhsil Şöbəsinin baş məsləhətçisi Nilufər Rzayeva günün ən aktual məsələlərinə toxunaraq bildirib ki, məktəb kontingentini həndəsi fiqurlardan üçbucaqla xarakterizə etmək olar. Bu üçbucağın bir tərəfində şagird, bir tərəfində müəllim, digər tərəfində isə valideyn dayanır. Qeyd edib ki, valideynlərlə münasibətlərin düzgün qurulması, onlarla mütəmadi əlaqə saxlanılması şagirdlərin məktəbə maraq və məsuliyyətinin artmasına səbəb olur ki, bu da birbaşa təhsilin keyfiyyətinə öz təsirini göstərir. Vurğulayıb ki, böyüməkdə olan gənc nəsil təhsil almalı, oxumalı, öyrənməli və savadlanmalıdır. Bu bizim uğurlu gələcəyimiz deməkdir. Uğurlu gələcəyin yaradıcısı isə müəllimdir. Müəllim şagirdi şəxsiyyət kimi yetişdirməlidir. Müəllimin ən yaxşı köməkçisi isə valideyndir. Şagirdin təlim keyfiyyətinin yüksəldilməsini şərtləndirən əsas amil isə müəllim-valideyn, məktəb-valideyn əməkdaşlığıdır. O çıxışında şagirdlərin adaptasiya prosesini müvəffəqiyyətlə başa vurması üçün psixoloq-müəllim-valideyn əməkdaşlığının rolunu xüsusilə qeyd edib.

Təhsil Şöbəsinin metodistləri Aygül Məmmədova və Aytən Kərimova çıxış edərək qeyd ediblər ki, ailə və məktəb arasındakı davamlı əlaqələr, şagirdlərə öz vəzifələrini həvəslə yerinə yetirməyi öyrədir, uşaqları utanc, qorxu, inamsızlıq duyğularından azad edir, uşaqla valideyn, uşaqla müəllim arasında sağlam münasibətləri formalaşdırır. Məktəblə valideyn əlaqəsi məktəblərin qarşısında mühüm vəzifələr qoyur. Bildiriblər ki, şagird şəxsiyyətinin formalaşmasında valideyn-məktəb münasibətlərinin düzgün qurulmasının çox böyük əhəmiyyəti var.

Sonda mövzu ətrafında müzakirə təşkil olunub, bütün iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Tədbirdə 100-ə yaxın məktəb rəhbəri, müəllim və valideyn iştirak edib.

 



 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg