• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1008
mod_vvisit_counterDünən997
mod_vvisit_counterBu həftə6085
mod_vvisit_counterBu ay29914
mod_vvisit_counterÜmumi2497179

Tarix: 19 Apr., 2024

“20 İyul - Beynəlxalq Şahmat Günü” ilə əlaqədar ustad dərs təşkil edilib

Bu gün Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının Kəngərli rayon bölməsinin, Kəngərli Rayon Təhsil Şöbəsinin və Uşaq-gənclər şahmat məktəbinin birgə təşkilatçılığı ilə “Yay Tədbirlər Planı”na uyğun olaraq “20 İyul - Beynəlxalq Şahmat Günü” ilə əlaqədar ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müəllimlərə ustad dərs təşkil edilib.

Dərsin keçirilməsində əsas məqsəd şahmat fənnini tədris edən müəllimlərin biliklərinin daha da artırılması, təcrübələrinin zənginləşdirilməsi, məktəblərdə şahmatın inkişafı yollarının müzakirə edilməsi və onlara istedadlı şagirdləri üzə çıxarmaları üçün lazımi tövsiyələr verilməsindən ibarət olub.

Dərsi giriş sözü ilə açan Uşaq-gənclər şahmat məktəbinin direktoru Əli Hüseynzadə bildirib ki,  gənclərin intellektual  və mənəvi inkişafında, asudə vaxtlarının səmərəli təşkilində şahmat əvəzsiz vasitədir. Ona görə də Naxçıvan Muxtar Respublikasında şahmatın inkişafına xüsusi diqqət və qayğı  göstərilir, uşaq-gənclər şahmat məktəbləri ilə yanaşı, ümumtəhsil məktəblərində də şahmat fənni tədris olunur. Vurğulayıb ki, şahmat dərsləri şahmatın inkişafında, bu sahədə gənc istedadların yetişməsində böyük rola malikdir. Qeyd edib ki, Azərbaycanda şahmatın qədim tarixi və və ənənələri var. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev şahmatın inkişafına böyük qayğı göstərib.

Dərsin mövzusu “Mittelşpil”, yəni oyun ortasında şahmatçının yaradıcılığı və sonluq strategiyaları ilə bağlı olub.

Dərsi aparan beynəlxalq qrossmeyster Urfan Sevdimalıyev qeyd edib ki, şahmatçılar əsasən debütdən sonra plan qurmaqla bağlı müəyyən çətinliklər çəkirlər ki, bunu da aradan qaldırmaq üçün əsasən klassik oyunlar - Fişer, Alyoxin, Kapablanka kimi böyük şahmatçıların oyunları geniş şəkildə analiz olunmalı və nəticələr çıxarılmalıdır.

Daha sonra endşpildə nəzəri vəziyyətlər müzakirə olunub. Keçid piyadası, müdafiə olunan keçid piyadası, cinahda piyada üstünlüyü və üçbucaq mövzularına aid müzakirə aparılıb, məsələlər birgə həll edilib.

Sonda müəllimləri maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg