• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün554
mod_vvisit_counterDünən1093
mod_vvisit_counterBu həftə1647
mod_vvisit_counterBu ay25476
mod_vvisit_counterÜmumi2492741

Tarix: 16 Apr., 2024

“20 iyul Beynəxalq Şahmat Günü”nə həsr olunmuş Naxçıvan Muxtar Respublikası Şahmat məktəbləri arasında Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbində komanda birinciliyi keçirilib

Keçirilən birincilikdə Naxçıvan, Ordubad, Culfa, Şahbuz, Babək, Kəngərli, Şərur və Sədərək rayon Uşaq Gənclər Şahmat məktəblərinin hər birində 2011-ci il təvəllüdlü və daha kiçik yaşlı Şahmatçı şagirdlər iştirak edib.

Hər komandada 2 qız 4 oğlan olmaqla ümumilikdə isə 48 şahmatçı şagird iştirak etmişdir.

Keçirilən birincilikdə çıxış edən Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının sədr müavini, Beynəlxalq hakim Emin Hacıyev yarış haqqında iştirakçıları məlumatlandırmış, qaydalar haqqında geniş məruzə olunmuşdur. Təsdiq olunmuş Əsasnaməyə görə, keçirilən yarışda muxtar respublikanın məktəbli şahmatçıları iştirak edir. Yarış dairəvi sistem ilə keçirilir, komandanın qələbəsinə 2 xal, heç-heçə 1 xal, məğlubiyyət 0 xal ilə hesablancaqdır. Xallar bərabər olduqda şəxsi xallar hesablanacaq, şəxsi xallar bərabər olarsa öz aralarındakı oyun və birinci taxta nəzərə alınacaqdır. Komanda birinciliyin keçirilməsində məqsəd şahmatçılar arasında idman və dostluq əlaqələrini inkişaf etdirməkdən ibarətidir deyə vurğlayaraq iştirakçılara uğurlar arzulamışdır.

Gərgin və bir o qədərdə maraqlı keçən görüşlərin yekun nəticələrinə əsasən I yerə Naxçıvan şəhər Şahmat məktəbinin komandası, II yerə Babək rayon Şahmat məktəbinin komandası və III yerə isə Ordubad rayon Şahmat məktəbin komandası layiq görülmüşdür.

Görüşün yekununda çıxış edən Sədərək rayon İcra Hakimiyyətinin başçısı, Şahmat Federasiyasının rayon bölməsinin Sədri Həbib İbrahimov qeyd etmişdir ki, bu gün muxtar respublikanın şahmat məktəblərinin komanda birinciliyinin Sədərək rayonunda keçirilməsi əlamətdar hadisədir, muxtar respublikamızın bütün bölgələrində olduğu kimi Sədərək rayonunda da Şahmatın inkişafı daima diqqət mərkəzində saxlanılır. Şahmatçı şagirdlər üçün müasir Şahmat məktəbi fəaliyyət göstərməkdədir.

Şahmat məktəbimizdə kompüter otağı, elektron löhvəli sinif otağı fəaliyyət göstərir. Şagirdlər və müəllimlər bu resurslardan səmərəli istifadə edərək ölkə və ölkədən kənar onlayn yarışlarda iştirak edirlər.

Onlayn keçirilən açıq dərslərdə və interaktiv əlaqəlardə fəallıq göstərirlər.

Bununla yanaşı olaraq ümumtəhsil məktəblərində də şahmatçı şagirdlər üçün lazımi şərait yaradılmışdır, belə ki, şagirdlər üçün şahmat otaqları və elektron löhvəli sinif otaqları fəaliyyət göstərməkdədir.

Şahmat məktəbimizdə tempo yarışları, rayon birinciliyi, seçmə yarışlar və ümumtəhsil məktəblərinin şagirdləri arasında yoldaşlıq görüşləri keçirilir.

Bu gün keçirilən komanda birinciliyində qalib olmuş komandaları təbrik edirik.

Sonda qaliblər Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyasının kuboku və medalları ilə mükafatlandırılmışlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg