• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün751
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14482
mod_vvisit_counterBu ay19486
mod_vvisit_counterÜmumi2960297

Tarix: 11 Yan., 2025

Olimpiada qalibləri mükafatlandırılıblar

İstedadlı şagirdlərin aşkara çıxarılmasında, təlimdə sağlam rəqabətin yaradılmasında fənn olimpiadaları müstəsna rol oynayır. Şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq və ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etmək məqsədilə keçirilən Respublika fənn olimpiadasında muxtar respublikanın 26 məktəblisi qalib olmuşdur. İyulun 27-də Respublika fənn olimpiadasının qaliblərinə medal və diplomlar təqdim olunmuşdur.

Tədbirdə Təhsil naziri Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirmişdir ki, yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi, laboratoriya və STEAM kabinələrinin yaradılması təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Vurğulanmışdır ki, muxtar respublikada istedadlı şagirdlər dövlət qayğısı ilə əhatə olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin imzaladığı müvafiq sərəncamla 2 şagirdin adının Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılması və onların xüsusi aylıq təqaüdə layiq görülməsi istedadlı uşaqlara dövlət qayğısının bariz göstəricisidir.

Qeyd olunmuşdur ki, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən bəhrələnərək başa vurduğumuz tədris ili ərzində xüsusi istedadlı şagirdlərin aşkar olunması məqsədi ilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilmişdir. Keçirilən tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini vermiş, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalmışdır.

Respublika fənn olimpiadası Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və  tarix olmaqla 8 fənn üzrə IX-XI sinif şagirdlərinin iştirakı ilə keçirilib.Olimpiadanın nəticələri uğurlu olub, muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 5-i qızıl, 13-ü gümüş, 8-i isə bürünc olmaqla 26 medal qazanıb.

Təhsil naziri qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində muxtar respublika ümumtəhsil məktəblərində fizika, kimya və biologiya laboratoriyalarının, kompüter və elektron lövhəli siniflərin, STEAM kabinələrinin yaradılması bu istiqamətlər üzrə tədris imkanlarını yaxşılaşdırmış, şagirdlərin riyaziyyat, fizika, biologiya və kimya fənlərinə marağını artırmışdır. Məhz bunun nəticəsidir ki, olimpiada qaliblərindən 13-ü, yaxud 50 faizi bu fənlər üzrə yer tutmuşdur. Olimpiadanın nəticələrinə əsasən Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin şagirdləri          9 medal qazanmaqla muxtar respublika birincisi, Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdləri 4 medal qazanmaqla muxtar respublika ikincisi, Heydər Əliyev adına Hərbi Liseyin kursantları isə 3 medal qazanmaqla muxtar respublika üçüncüsü olublar. Muxtar respublikanın şəhər və rayonları ilə yanaşı kəndlərdə də yerləşən ümumtəhsil məktəblərində yaradılan yüksək tədris şəraitinin nəticəsidir ki, kənd məktəblərində təhsil alan şagirdlər  də olimpiadada yüksək nəticə əldə ediblər.

Olimpiada qalibləri ilə bağlı artıq 3 ildir yeni qaydaların qəbul olunduğunu diqqətə çatdıran nazir bildirib ki, yeni qaydaya əsasən beynəlxalq olimpiada qalibləri istənilən ixtisas üzrə, Respublika fənn olimpiadaları qalibləri isə qalib olduqları fənlərə uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdir.

Təhsil naziri olimpiada qaliblərini təbrik etmiş, onlara uğurlar arzulamışdır.

Tədbirdə Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov, Naxçıvan Qızlar Liseyinin məzunu Bəhriyyə Mustafayeva,  Şərur rayon İbadulla kənd tam orta məktəbin məzunu Müseyib Abdullayev çıxış edərək muxtar respublika və respublika fənn olimpiadalarının keçirilməsi, istedadlı şagirdlərin aşkarlanması və onlar üzərində sistemli işin aparılması sahəsində görülən işlər haqqında məlumat vermiş, qazandıqları uğurlardan danışmış, yaxşı təhsil almaları üçün yaratdığı şəraitə görə olimpiada qalibləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıqlarını bildirmişlər.

Tədbirin sonunda olimpiada qaliblərinə medal və diplomlar təqdim edilib, olimpiada qalibləri ilə birlikdə xatirə şəkli çəkilib.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg