• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün725
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14456
mod_vvisit_counterBu ay19460
mod_vvisit_counterÜmumi2960271

Tarix: 11 Yan., 2025

2020-2021-ci tədris ilində təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlara fərqlənmə attestatları, qızıl və gümüş nişanlar təqdim olundu

İyulun 29-da Naxçıvan Dövlət Texniki Kollecində 2020-2021-ci tədris ilində məktəbi xüsusi nailiyyətlə başa vuran məzunlarla görüş keçirilmişdir. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qızıl və gümüş nişanlarla, o cümlədən fərqlənmə attestatları ilə təltif olunan məzunları təbrik etdi, muxtar respublikamızda təhsilin inkişafı istiqamətində görülən işlərdən, yaradılan şəraitdən danışdı.

Bildirildi ki, muxtar respublikamızda bütün sahələr kimi, təhsil də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nəticəsidir ki, ötən dövr ərzində 200-dən çox təhsil müəssisəsi istifadəyə verilmiş, təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə təchiz olunmuşdur.  Hazırda da 10 təhsil müəssisəsində binaların tikintisi və ya yenidənqurulması davam etdirilir.

İstedadlı şagirdlər dövlət qayğısı ilə əhatə olunmuş, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Naxçıvan Muxtar Respublikasının Gənc İstedadlarının “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşlər.

Təhsil naziri qeyd etmişdir ki, 2020-2021-ci tədris ili təhsildə tətbiq edilən innovasiyalarla yadda qalmışdır. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamları ilə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılmış, muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının yayımını təmin etmək məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. Bununla yanaşı Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin İmtahan Mərkəzi yaradılmış, şagirdlərin biliklərinin yoxlanılması, imtahanlarda yüksək nəticələr əldə etmələri və onlarla aparılan işin keyfiyyətinin yüksəldilməsi məqsədilə tədris ili ərzində buraxılış və qəbul formatında sınaq-test imtahanları keçirilmiş, nəticələrin “NAXTEL” operatoru üzərindən SMS vasitəsi ilə valideynlərə çatdırılma imkanı yaradılmışdır. Tədris ili ərzində innovativ dərnəklər layihəsinin əhatə dairəsi genişlənmiş, Şərur, Culfa və Ordubad rayonlarında innovativ dərnəklər yaradılmış, 2000-dən çox şagirdin innovativ dərnəklərdən yararlanması təmin edilmişdir.

STEAM təhsilinin tətbiqi ilə də bağlı Təhsil naziri məzunlara məlumat verərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə noyabr ayından etibarən muxtar respublikada STEAM təhsil metodunun tətbiqinə başlanılmış, 15 təhsil müəssisəsində STEAM kabinələri yaradılmış və kabinələr zəruri avadanlıqlarla təchiz edilmişdir. Bildirilmişdir ki, 7 iyun 2021-ci il tarixdə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncama əsasən Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılacaq, ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdiriləcək və hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir.

Təhsili naziri tədris ili ərzində keçirilən müsabiqələrdən və əldə olunan uğurlu nəticələrdən də danımışdır. Bildirilmişdir ki, məktəblilərin maraq və bacarıqlarının, intellektual səviyyə və yaradıcı qabiliyyətlərinin aşkarlanması, müxtəlif məktəbdənkənar istiqamətlər üzrə aktiv yaradıcılıq fəaliyyətinə cəlb olunması, onların vətənpərvərlik tərbiyəsi diqqətdə saxlanılmış, “Sabahın tədqiqatçıları” layihəsi uğurla davam etdirilmiş, layihənin iştirakçıları “Sabahın alimləri” X Respublika Müsabiqəsində III yerə layiq görülmüşdür. İlk dəfə olaraq şagirdlərin STEAM üzrə əldə etdikləri bilik və bacarıqları özündə əks etdirən “Robotunu yarat” müsabiqəsi keçirilmiş, “Texnosərgi” və “STEAM yay məktəbi” təşkil edilmişdir.

İstedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, aşağı sinif şagirdlərinin müxtəlif fənlərə olan marağının artırılması, onlarla məqsədyönlü işlərin aparılması və Beynəlxalq olimpiadalara hazırlıq mərkəzlərinə namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə ümumtəhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında Respublika fənn müsabiqələri, IX və XI sinif şagirdləri arasında isə muxtar respublika və Respublika fənn olmipiadaları keçirilmişdir. Respublika fənn müsabiqəsində 36 şagird, Respublika fənn olimpiadasında isə 26 şagird qalib olmuşdur.

Buraxılış imtahanlarının nəticələri haqqında da danışan Təhsil naziri qeyd etmişdir ki, muxtar respublikada yaradılan yüksək səviyyəli tədris şəraiti şagirdlərin buraxılış imtahanlarında uğurlu nəticə göstərmələrini təmin etmişdir. Belə ki, 200 baldan yuxarı nəticə göstərən məzunların sayı ötən ilə nisbətdə XI sinif üzrə 18 faiz, IX sinif üzrə isə 30 faiz artmışdır.

Təhsil naziri qeyd etmişdir ki, mövcud qaydalara əsasən ümumtəhsil məktəblərində təhsil aldığı müddətdə nümunəvi davranışı ilə yanaşı, təhsili xüsusi nailiyyətlərlə başa vuran şagirdlər qızıl və ya gümüş nişanla təltif olunur, onların adı oxuduqları məktəbin “Şərəf kitabı”na yazılır. Bu tədris ilində də tədrisdə və buraxılış imtahanlarında əldə etdikləri nəticələrə görə məzunlardan 75-i təhsili xüsusi nailiyyətlə başa vurmuşdur. Bunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i isə fərqlənmə attestatına layiq görülmüşdür. IX siniflər üzrə isə 121 şagird fərqlənmə attestatına layiq görülmüşdür.

İyulun 14-də və 15-də II və III ixtisas qrupları, iyulun 28-də isə I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarının keçirildiyini bildirən Təhsil naziri muxtar respublika məzunlarının bu imtahanlarda daha yüksək nəticə əldə edəcəklərinə əminliyini bildirmiş, təhsili xüsusi nailiyyətlə başa vuran məzunlara təhsilin növbəti pilləsində uğurlar arzulamışdır.

Təqdimat mərasimində Naxçıvan Qızlar Liseyinin direktoru, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Aidə Allahverdiyeva və Şahbuz rayon Keçili kənd tam orta məktəbinin  məzunu Məsmalıyev Sərcan çıxış edərək ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə başa vuraraq qızıl və gümüş nişanlarla, həmçinin fərqlənmə attestatları ilə təltif olunan məzunların  yüksək uğurlar qazanmalarında muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının və yaradılan müasir təhsil infrastrukturunun, təhsildə tətbiq olunan innovasiyaların böyük rol oynadığını qeyd etmiş və yaratdığı bu şəraitə görə Naxçıvan Muxtar Respublikasi Ali Məclisinin Sədrinə   minnətdarlıq bildirmişlər.

Sonra Naxçıvan Muxtar Respublikasının Təhsil naziri ümumtəhsil məktəblərini xüsusi nailiyyətlərlə bitirən məzunlara qızıl və gümüş nişanları, həmçinin fərqlənmə attestatlarını təqdim etmiş, məzunlarla xatirə şəkli çəkdirmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyi mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg