Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “2 avqust -Azərbaycan Kinosu Günü” ilə bağlı Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinə Azərbaycan uşaq filmləri arasında xüsusi yeri olan "Sehirli xalat" filmi nümayiş olunmuşdur. Məktəblilərə maraqlı olan "Sehirli xalat" filmi bu gün də onlar üçün aktual olaraq qalır, bu filmlərin şagirdlər üçün əhəmiyyəti, mənəvi-tərbiyəvi rolu böyükdür. Filmə baxarkən uşaqlar bir növ keçmişə və gələcəyə səyahət edirlər. Ədəbiyyatda nağıl janrına necə böyük maraq varsa, eləcə də "Sehirli xalat" filmi də məktəblilər tərəfindən böyük maraqla qarşılanır.
Filmdə elmi təfəkkürlərini yetkinləşdirməyə çalışan əməksevər və iddialı, ağıllı və çalışqan məktəblilər, eləcə də, qılıncın gücü yox, elm və şüurun təsiri təlqin olunur. Uşaqların şəxsiyyətində təfəkkür zənginliyi, mərdlik, zəhmətsevərlik, nəciblik və başqa insani keyfiyyətlər xarakterizə edilir.
Azərbaycanda kino sənəti bir əsrdən artıq dövr ərzində əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçmiş və xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynamışdır. Azərbaycanda indiyədək iki mindən çox müxtəlif növ və janrda film istehsal olunub. Onların bir hissəsi beynəlxalq və digər kinofestivalların mükafatlarına layiq görülüb. Azərbaycan kino sənəti ötən müddətdə əlamətdar hadisələrlə zəngin özünəməxsus inkişaf yolu keçərək, xalqımızın mədəni-mənəvi həyatında mühüm rol oynayıb. Ümummilli lider Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli Sərəncamı ilə avqustun 2-si kino işçilərinin peşə bayramı - Azərbaycan Kinosu Günü kimi qeyd olunur.