Serbiyanın Voyevodina muxtar vilayətində şahmat üzrə beynəlxalq açıq çempionat təşkil olunub. 6 gün davam edən “XI Open International Championship of Vojvodina – 2021” yarışına 14 ölkədən, ümumilikdə, 140 idmançı qatılıb. Çempionatın görüşləri iki qrupda oynanılıb. Naxçıvan Şahmat Federasiyasının idmançısı, Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdi Rza Həsənov 81 iştirakçının qərarlaşdığı “B” qrupunda mübarizə aparıb. Ölkəmizi bu qrupda təmsil edən yeganə şahmatçı 8 görüşdən 5,5 xal toplayıb. Bu nəticə ilə 14 yaşlı şahmatçılar arasında 2-ci olan Rza Həsənov, reytinq əmsalını da 137 xal artırıb.
Şahmatçımızı təbrik edir, gələcək yarışlarında uğurlar arzulayırıq.