Sədərək rayon Uşaq Gənclər Şahmat məktəbinin “Yay tədbirlər planı”na uyğun olaraq Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Şahmat məktəbinin birgə təşkilatçılığı ilə “12 avqust Beynəxalq Gənclər Günü” ilə əlaqədar olaraq rayonun ümumtəhsil məktəblərində təhsil alan şahmatçı şagirdlər arasında şahmat yarışı keçirilib.
Keçirilən yarışda Sədərək Rayon Təhsil Şöbəsinin, Gənclər və İdman İdarəsinin və Uşaq Gənclər Şahmat məktəbinin əməkdaşları və ümumtəhsil məktəblərinin 18 şagirdi iştirak edib.
Yarışın təşkil edilməsində əsas məqsəd uşaqların asudə vaxtlarının səmərəli keçirilməsi, uşaqların bu idman növünə olan marağını dahada artırılması və şagirdlərin şahmat idman növü üzrə bacarıqlarının üzə çıxarılmasından ibarət olmuşdur.
Şagirdlərin maraqla iştirak etdikləri yarışın yekun nəticələrinə əsasən I yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin şagirdi Anar İbrahimzadə, II yerə həmin məktəbin şagirdilərindən Nurşən İbrahimzadə və III yerə isə Əli Abdullazadə layiq görülmüşlər.
Sonda qaliblər təşkilatçıların diplom və fəxri fərmanları ilə mükafatlandırılıblar.