• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün601
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14332
mod_vvisit_counterBu ay19336
mod_vvisit_counterÜmumi2960147

Tarix: 11 Yan., 2025

“Açıq kitabxana” layihəsi adı ilə kitab oxu aksiyası keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Yay Tədbirlər Planı”na əsasən avqustun 17-si Şərur, Kəngərli və Sədərək Rayon Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinin dərnək üzvləri arasında ilk dəfə “Açıq kitabxana” layihəsi adı ilə açıq hava altında kitab oxu aksiyası keçirilib və oxucularla kitabların müzakirəsi aparılıb. Şərur şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən tədbirdə 20-yə yaxın dərnək üzvü və dərnək rəhbərləri iştirak edib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova muxtar respublikada gənc nəslin bilikli, savadlı və intellektli formalaşması üçün göstərilən dövlət qayğısından, yaradılan hərtərəfli şəraitdən, ümumtəhsil məktəblərində keçirilən tədbirlər və onların əhəmiyyətindən danışıb.

Bildirilib ki, muxtar respublikamızda gələcək nəslin sağlam mühitdə böyüməsi, savadlı, dünyagörüşlü olması üçün hər cür şərait yaradılır. Bütün məktəblərdə kitabxana fondu zənginləşdirilir. Bu isə şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasına geniş imkanlar açır.

Gənclərin dünyagörüşünün inkişafında kitabın rolundan danışan Heyran Əhmədova qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin        28 avqust 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilən əsərlərin mütaliəsinə cəlb edilməsi üçün keçirilən silsilə tədbirlər şagirdlərin dünyagörüşünün və bilik dairəsinin genişlənməsinə, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafına müsbət təsir edir. Bu tədbirlərin davamı olaraq şagirdlərin yay tətilini səmərəli keçirmələri, asudə vaxtlarının düzgün təşkili məqsədi ilə Təhsil Nazirliyi tərəfindən “Yay Tədbirlər Planı” hazırlanmışdır. Bu gün təşkil edilən “Açıq kitabxana” layihəsinin məqsədi də məktəblilərə mütaliə vərdişlərini aşılamaq, onların kitaba olan marağını yüksəltməkdən ibarətdir.

Sonra aksiyada iştirak edən dərnək üzvlərinin hər biri “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan əsərləri və digər bədii ədəbiyyat nümunələrini   30 dəqiqə müddətinə mütaliə etmişlər. Mütaliə sonrasında dərnək üzvləri oxuduqları kitablar haqqında məlumat vermiş, onun qısa məzmununu danışaraq oradan öyrəndiklərinin əhəmiyyətini qeyd etmiş və dərnək rəhbərlərinin iştirakı ilə mövzu ətrafında qarşılıqlı müzakirələr aparmışlar.

“Açıq kitabxana” layihəsi adı ilə açıq hava altında ilk dəfə keçirilən kitab oxu aksiyası dərnək üzvləri tərəfindən böyük rəğbətlə qarşılanmış və oxucularla kitabların müzakirəsinin aparılması zamanı öz müsbət təəssüratlarını geniş şəkildə bölüşmüşlər.

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg