• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün555
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14286
mod_vvisit_counterBu ay19290
mod_vvisit_counterÜmumi2960101

Tarix: 11 Yan., 2025

Təhsilimiz davamlı inkişaf edir

Bunu yüksək bal toplayan məzunlarımız da sübut etdi

Muxtar respublikamızda təhsil davamlı inkişaf dövrünü yaşayır. Yeni tikilən, yenidən qurulan məktəb binalarında yaradılan müasir şərait bu sahədə əldə olunan nailiyyətlərin əsasını təşkil etməklə həm də təhsil mühitinin bugünkü inkişaf səviyyəsindən xəbər verir. Yaradılan şəraitin, gəncliyin inkişafına göstərilən qayğının nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək nəticələr göstərir, gələcəyin yeni fikirli, müasir düşüncəli, peşəkar gəncləri kimi yetişirlər.

Builki qəbul imtahanlarında I ixtisas qrupu üzrə 682 bal toplayaraq muxtar respublika birincisi olan İlhamə Novruzova da belə gənclərimizdən biridir. Müsahibimlə söhbətimdə ilk olaraq bu sitatı xatırladır: “Məktəb cəhalət dərdinin dərmanı, mərifət bağının xiyabanıdır”. Qeyd etdi ki, Vətəninə, xalqına layiqli vətəndaş olmaq hissi lap kiçik yaşlarından, məktəbdə oxuduğumuz illərdən bizdə yaranır, böyüdükcə də bu şərəfli missiyanı daim uca tutmağa, qorumağa çalışırıq. Çalışırıq ki, Vətənimiz, xalqımız qoy bizimlə daim fəxr etsin, öyünsün. 2011-ci ildə Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin ibtidai sinfinə qədəm qoyduğum andan ailəmdə görüb-götürdüyüm təhsil mədəniyyəti məni elmin sirlərinə yiyələnməyə daha da sövq etdi. Hər iki valideynim ali təhsillidir. Anam riyaziyyat müəllimi olduğu üçün dəqiq elmlərə daha çox marağım var idi. Elə həmin illər ərzində məktəbimizdə keçirilən bilik yarışlarında fəallıq göstərməyə başladım. IX sinifdə oxuyarkən respublika üzrə təşkil edilən riyaziyyat olimpiadasında Bürünc medal alaraq üçüncü yeri qazandım. Beynəlxalq səviyyədə əldə etdiyim ilk uğurum isə X sinifdə oxuyarkən Rusiyada keçirilən kimya fənni üzrə olimpiada oldu. Burada iştirak etməklə həm I yerin, həm də Qızıl medalın sahibi oldum. Bu hissin insana qazandırdığı sevinci, verdiyi xoşbəxtliyi sözlə ifadə etmək çox çətindir. Ona görə ki, dünyanın bir çox ölkələrinin nümunəvi şagirdlərinin iştirak etdiyi beynəlxalq səviyyəli bu yarışdamən doğulub boya-başa çatdığım muxtar respublikamızın, ölkəmizin adını ucaltmışdım. Məktəb həyatımda qazandığım digər bir uğurum isə I ixtisas qrupu üzrə keçirilən qəbul imtahanında 682 bal toplayıb, muxtar respublika birincisi olmağımdır. Bu nəticəni əldə etmək heç də asanlıqla başa gəlməyib. Bunun üçün daim zəhmət çəkməli, fədakarlıq göstərməlisən. Bu yolda mənim dəstəkçilərim ailə üzvlərimlə yanaşı, müəllimlərim də oldu. Elə bir şagirdin də həyatında ən gözəl şey onun savadlı, necə deyərlər, əsl mənəviyyat timsallı ideal müəlliminin olmasıdır. Bu mənada, mən çox şanslıyam...

Məqsədim Bakı Ali Neft Məktəbinin tələbəsi olmaq, burada oxuduğum müddətdə yeni-yeni uğurlara imza atmaq və diyarımızı daha gözəl şəkildə təmsil etməkdir. Unutmamalıyıq ki, bizlər, hər şeydən əvvəl, Azərbaycan gəncinin inkişafını, tərəqqisini, elmini daim uca tutan ümummilli lider Heydər Əliyevin davamçıları, müstəqil Azərbaycanın işıqlı gələcəkləriyik. Bu şərəfli və məşəqqətli yolda bütün gənclərə uğurlar arzu edirəm.

Naxçıvan Qızlar Liseyinin məzunu Bəhriyyə Mustafayeva qəbul imtahanlarında IV ixtisas qrupu üzrə 661 bal toplayıb. Onunla söhbət zamanı dedi: – Muxtar respublikamızda keçirilən fənn olimpiadalarında iştirak edərək bir sıra uğurlar əldə etmişəm. Bu il isə biologiya fənni üzrə təşkil edilən olimpiadada I yerə layiq görülmüşəm və Qızıl medal qazanmışam. Ümumi orta təhsilimi fərqlənmə attestatı ilə başa vurmuşam. Eyni zamanda isə tam orta təhsilimi xüsusi nümunəli attestatla bitirmiş, nailiyyətlərimə görə “Qızıl” nişana layiq görülmüşəm. “Sabahın alimləri” X respublika müsabiqəsində iştirak edərək sertifikat və layihənin 10 illiyi ilə bağlı hazırlanmış medalla təltif olunmuşam. Təhsil aldığım müddətdə ailəm və liseyimizin müəllim kollektivi məndən qayğısını əsirgəməyib. Uğur qazanmaq üçün isə qarşıya hədəf qoymalı və çox çalışmalısan. İnsan yalnız öz biliyinə güvənməlidir. Unutmamalıyıq ki, heç bir uğur təsadüfi deyil. Bütün uğurlarımızın ardında əzmkarlığımız və əməyimiz dayanır. Uşaqlıqdan ən böyük xəyalım həkim olmaq idi. Və artıq bu gün ona çox yaxınam. Topladığım bal ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinə daxil olmaqla gələcəyin savadlı kadrı kimi formalaşacağıma inanıram. Muxtar respublikamızın bu ali təhsil ocağında tibb kadr hazırlığı üçün yaradılan şərait, müasir xəstəxana və laboratoriya haqqında müfəssəl məlumat əldə etdikdən sonra bu qərara gəlmişəm.

III ixtisas qrupu üzrə 631 bal toplayan Nurxan Mirzəyev 22 iyun 2004-cü ildə Naxçıvan şəhərində anadan olub. O, Heydər Əliyev adına tam orta məktəbdə təhsil alıb. Söhbət zamanı qeyd etdi ki, təhsil aldığı illərdə dəfələrlə məktəbdaxili, məktəblərarası, muxtar respublika səviyyəli yarışlar və fənn olimpiadalarında və respublika fənn olimpiadalarında iştirak edərək nailiyyətlər qazanıb: – IX sinifdə verdiyim şəhadətnamə imtahanında yüksək nəticə əldə edərək fərqlənmə attestatına layiq görülmüşəm. Bu və digər uğurlarımın ardınca bu il respublika fənn olimpiadasında tarix fənni üzrə Gümüş medal qazanaraq Azərbaycan ikincisi olmuşam. Builki qəbul imtahanında yüksək nəticə göstərmişəm. Onu da deyim ki, imtahan mənim üçün çox rahat keçdi. Tək nigaran qaldığım vaxtı düzgün bölmək idi, amma bunun da öhdəsindən gələ bildim. Özümə inanırdım. İnanırdım ki, çəkdiyim əziyyətlərin bəhrəsini görəcəyəm. Gördüm də, şükür Allaha. Mənə ən böyük dəstəyi ailəm, həm bibim, həm də mənə dərs demiş Könül müəlliməm verdi. Təbii ki, ailəmə və başda Könül müəlliməm olmaqla, mənim üzərimdə əməyi olan bütün müəllimlərimə təşəkkürümü bildirirəm. Dövlət Gömrük Komitəsinin Akademiyasında Hüquq fakültəsi üzrə təhsilimi davam etdirmək, gələcəkdə Vətənimə və xalqıma düzgün və ədalətlə xidmət edən gömrük əməkdaşı, hüquqşünas olmaq istəyirəm. Bakalavr təhsilim boyunca bir neçə xarici dil öyrənməyi nəzərdə tutmuşam. Təhsilimi başa vurduqdan sonra xaricdə magistr təhsili almaq, buranı bitirdikdən sonra isə Dövlət Gömrük Komitəsində dövlətimizə şərəflə xidmət etmək arzusundayam. Biz də gələcəyimiz olan gənclərimizə ali təhsil yollarında uğur və müvəffəqiyyətlər arzulayırıq.

- Güntac ŞAHMƏMMƏDLİ

- Məcid RƏŞADƏTOĞLU

- Aytac CƏFƏRLİ


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg