• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün526
mod_vvisit_counterDünən1035
mod_vvisit_counterBu həftə5843
mod_vvisit_counterBu ay13456
mod_vvisit_counterÜmumi2530272

Tarix: 12 May, 2024

Cəlil Məmmədquluzadənin hekayələrinin şagirdlər tərəfindən oxusu və “Hekayələr kitabının qəhrəmanları” mövzusunda rəsm müsabiqəsi keçirilib

Şagirdlərin yaradıcılıq potensialını inkişaf etdirmək, istedadlı məktəbliləri aşkara çıxarmaq və məktəblilərin asudə vaxtlarının səmərəli təşkil etmək məqsədilə muxtar respublika ümumtəhsil məktəblərinin şagirdləri arasında “Oxunması zəruri olan kitablar”dan Cəlil Məmmədquluzadənin hekayələrinin şagirdlər tərəfindən oxusu və “Hekayələr kitabının qəhrəmanları” mövzusunda rəsm müsabiqəsi keçirilmişdir.

31 avqust 2021-ci il tarixdə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, kitab oxumaq, mütaliə ilə məşğul olmaq insanın dünyagörüşünün artmasında, yüksək intellektə malik olmasında, maariflənməsində müstəsna əhəmiyyət kəsb edir.

Gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edən “Oxunması zəruri olan kitabların siyahısı”nın təsdiq edilməsi əhəmiyyətli hadisə kimi qiymətləndirilir. Mütaliənin milli-mənəvi və ümumbəşəri dəyərlərin təşəkkülündə müstəsna rolunu nəzərə alaraq, Təhsil Nazirliyi tərəfindən şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi, onlarda mütaliə vərdişləri və mədəniyyətinin yaradılması istiqamətində davamlı tədbirlər keçirilir. Bu tədbirlərin davamı olaraq Təhsil Nazirliyi tərəfindən təsdiq olunmuş “Yay Tədbirlər Planı”na uyğun olaraq məktəbdənkənar təhsil müəssələrinin dərnək üzvləri arasında bir sıra tədbirlər  həyata keçirilir ki, bunlardan biri də “Oxunması zəruri olan kitablar”dan Cəlil Məmmədquluzadənin hekayələrinin şagirdlər tərəfindən oxusu və “Hekayələr kitabının qəhrəmanları” mövzusunda rəsm müsabiqəsidir.

Heyran Əhmədova öz çıxışında müsabiqənin şagirdlərin yaradıcılıq potensialının daha da inkişaf etdirilməsinə yaxşı sitimul verməklə yanaşı, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin yüksəldilməsi, mədəniyyət və incəsənətimizin inkişafı və təbliği məqsədi daşıdığını qeyd etmiş və müsabiqə iştirakçılarına uğurlar arzulamışdır.

Müsabiqə 12-17 yaş kateqoriyası üzrə şagirdlər arasında, 2 saat müddətində aparılmışdır. 20 şagirdin iştirak etdiyi müsabiqədə sərbəst texnika (karandaş, flomaster, diyircəkli və rəngli qələm, tuş, kömür, qrafit, pastel, quaş, akril, yağlı boya və s.) vasitəsilə oxuduqları “Hekayələr” kitabından sevdikləri qəhrəmanlar, müxtəlif predmetli qədim əşyalar və başqa təsvirlər verilmişdir.

Müsabiqənin şərtlərindən danışan Təhsil Nazirliyi Aparatının Məktəbdənkənar təhsil müəssisələri ilə iş üzrə sektor müdiri Murad Babayev müsabiqədəki rəsm əsərlərinin müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, ən yaxşı işıq və kölgə həllinin əsas götürülərək qiymətləndiriləcəyini qeyd etmiş, müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışmış və bu cür tədbirlərin davamlı olacağını iştirakçıların nəzərinə çatdırmışlar. Nəticələrə uyğun olaraq müsabiqədə bir-I yer, iki-II yer, üç-III yer və  3 həvəsləndirici yer olmaqla, 9 qalib müəyyənləşdirilmiş, qaliblər diplom və hədiyyələrlə mükafatlandırılmışdır.

Sonda şagirdlər tərəfindən çəkilmiş rəsm əsərlərindən ibarət sərgiyə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg