• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1648
mod_vvisit_counterDünən629
mod_vvisit_counterBu həftə1648
mod_vvisit_counterBu ay55338
mod_vvisit_counterÜmumi2939477

Tarix: 30 Dek., 2024

Naxçıvan MR Ekoloji Tərbiyə Mərkəzindən növbəti interaktiv dərs

Naxçıvan MR Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan MR Təhsil Nazirliyinin birbaşa tabeliyində olan Naxçıvan MR Ekoloji Tərbiyə Mərkəzindən növbəti interaktiv dərs keçirilmişdir. Dərsi Biologiya üzrə fəlsəfə doktoru, Mərkəzin “Boimüxtəlifliyin qorunması “ dərnəyinin dərnək rəhbəri Abbasov Namiq Kamal oğlu tədris etmiş və dərs müddətində “Şahbuz Dövlət Təbiət Qoruğunun bitki örütü” haqqında şagirdlərə ətraflı məlumat vermişdir. Keçirilən dərsi Heydər Əliyev adına Hərbi Liseyin və 202 qoşulma ilə ümumtəhsil mkəktəblərinin şagirdləri izləmişlər.

Dərs zamanı məlumat verilərək bildirilmişdir ki, floristik  cəhətdən  özünəməxsus  xüsusiyyətlərə malik  olan Naxçıvan torpaqları ta qədim  zamanlardan təbib və səyyahların diqqət mərkəzində olsa da  ərazinin  bitki  ehtiyatlarının öyrənilməsinə  maraq  əsasən XVIII  əsrin əvvəllərindən  başlanılmışdır. Ədəbiyyat materialları və toplanmış herbarilərin araşdırılması nəticəsində məlum olmuşdur ki, Şahbuz Dövlət Təbiət Qoruğunun florası 116 fəsiləyə malik 504 cinsə daxil olan 1575 növ  bitkidən ibarətdir. Bu da Qafqaz florasının 21,00 %-ni, Azərbaycan florasının 35,00 %-ni, Naxçıvan florasının isə 55,56 %-ni təşkil edir.  Şahbuz  Dövlət Təbiət Qoruğu ərazisindəki 1575 növ bitkinin 49 növü ali sporlu bitkilərə  aiddir ki, bunlardan da Bryophyta-Mamırlar 39 (2,48 %) növlə, Equisetophyta-Qatlrquyruğukimlər 2 (0,13  %) növlə,  Polypodiophyta-Qıjıkimilər isə  8 (0.51%) növlə təmsil olunur.  Sporlu  bitkilər 41(8,15 %)  cinsə və 23 (19,83%)  fəsiləyə daxil  olmaqla ümumi floranın 3,11 %-ni (49 növ) təşkil edirlər. Çılpaqtoxumlular ərazidə 3 (2,59%) fəsiləyə daxil olan 3 (0.60%) cinsdə birləşmiş  6 növlə  təmsil  olunurlar  ki,  bu  da  floranın  0,38 %-ni təşkil edir. Cədvəldən  görünür ki, örtülütoxumlu  bitkilər ərazi  florasının  96,51 % -ni  (1520 növ)  təşkil edir.  Örtülütoxumlu  bitkilərin  12,95 % -ni (204 növ) birləpəlilər, və 83,56 % -ni (1316 növ) isə ikiləpəli bitkilər təşkil edir.

Faydalı bitkilər haqqında müəllim məlumat verərək bildirmişdir ki, Azərbaycan florasında aparılan tədqiqat işləri nəticəsində 1500-ə yaxın dərman, 825 efiryağlı, 605 alkaloidli, 1500 növ boyaq, 200 kauçuqlu, 400 vitaminli, 400-ə yaxın aşı maddəli, 800 növ yem, 600-dən çox nektarlı, o cümlədən 400 bal verən bitki olduğu müəyyənləşdirilmişdir. Qoruq florasında da bir sıra faydalı yabanı bitkilər yayılmışdır. Faydalı bitkilərdən qida əhəmiyyətli bitkilər üstünlük təşkil edir.Qida bitkilərinə misal olaraq cacıq, çaşır, əvəlik, ələyəz, quşəppəyi, baldırqan və s. misal göstərmək olar. Qida bitkilərinin istifadə qaydaları və imkanları araşdırılmışdır.

Qoruq florasında müxtəlif faydalı bitkilər sırasında dərman bitkiləri əsas yer tutur. Muxtar Respublika ərazisidə 106 fəsilə və 436 cinsdə birləşən 722 növ dərman bitkisi yayılmışdır. Onlardan 704 növü yabanı, 18 növü isə mədəni halda yayılmışdır. Bu bitkilərin tərkibində vitaminlər, karbohidratlar, yağlar, zülallar, turşular, duzlar, aşı və boyaq maddələri vardır. Bu səbəblərdən də yabanı tərəvəz bitkiləri qida rasionunda əsaslı yer tuturlar. Bəzi yabanı bitkilərinin tərkibində efir yağları vardır ki, onlar da iştahanı artırır, həzm prosesini sürətləndirir, fitonsidlərlə birlikdə dezinfeksiyaedisi rol oynayırlar. İnsanların sağlamlığında böyük rol oynayan bu bitkilər (qulançar, rəvənd, əvəlik, pərpərən, quşdili, turşməzə, gicitkən və s.) Amerika, İspaniya, İtaliya, Fransa, İngiltərə, Türkiyə, İran, Yaponiya, Vyetnam, Rusiya və bir sıra Afrika dövlətlərində mədəni florada geniş surətdə besərilir. Bu bitkilərin tərkibində olan pektin və sellüloza sidikdə kalsiumun miqdarını azaldır, kalium maddəsi isə artıq mayeni orqanizmdən xaric edir, su-duz mübadiləsini normallaşdırır, ürək əzələlərinin işini yaxşılaşdırır.

Yabanı bitkilər həm də dərman, yem, bəzək, boyaq, vitaminli, ədviyyat, efir yağlı və s. bitkilər kimi də istifadə edilir. Bu bitkilərinin tərkibində olan üzvi və qeyri üzvi birləşmələr maddələr mübadiləsini tənzimləyir, dəridə olan bir sıra xəstəliklərin qarşısını alır, insan orqanizminin müqavimətini artırır, turşu-qələvi tarazlığını saxlayır. Qədim zamanlardan xalq təbabətində bu bitkilərdən təpitmə, qankəsici, ağrıkəsic və s. vasitələr kimi istifadə edilmişdir.

Təsərrüfat əhəmiyyətli bitkilər arasında bal verən bitkilər xüsusi yerə sahib olmaqla arıçılığın inkişafında böyük əhəmiyyət kəsb edir. Ərazi florasında 181 növ bal verən bitki növü aşkar edilmişdir.

Keçirilən dərs şagirdlərin böyük marağına səbəb olmuş və kütləvi informasiya vasitələrində işıqlandırılmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg