• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün828
mod_vvisit_counterDünən1359
mod_vvisit_counterBu həftə5110
mod_vvisit_counterBu ay12723
mod_vvisit_counterÜmumi2529539

Tarix: 11 May, 2024

120 gənc ümumtəhsil məktəblərində müəllim kimi işlə təmin olunmuşdur

Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilmiş imtahanlarda müvafiq keçid balını toplayaraq işə qəbul edilən gənc kadrlarla 03 sentyabr 2021-ci il tarixdə Təhsil Nazirliyində görüş keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində gənclər siyasəti uğurla həyata keçirilir, gənclərin yaxşı təhsil alması, onların sağlam, vətənpərvərlik ruhunda böyümələri üçün zəruri şərait yaradılır.

Muxtar respublikada gənclərin potensialından respublikamızın mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi, irəli çəkilməsi və onların xidmətlərinin qiymətləndirilməsi diqqətdə saxlanılır, gənclərə bütün sahələrdə, o cümlədən təhsil sahəsində  hər cür şərait yaradılır.

Qeyd olunmuşdur ki, muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də mühüm tədbirlər görülmüşdür. Müəllim əməyinə verilən yüksək qiymətin nəticəsidir ki, 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi fəxri adlarına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.

Rəhman Məmmədov bildirmişdir ki, muxtar respublikada müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi sahəsində də zəruri tədbirlər həyata keçirilib. Ümumtəhsil müəssisələrinin pedaqoji heyəti üçün sistemli təlimlər təşkil edilib. 2021-ci ilin yanvar ayından isə Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən müəllimlərin sertifikasiyası aparılmışdır.

Muxtar respublikada təhsilin davamlı inkişafını təmin edən sərəncamların qəbul edilməsi, güclü təhsil infrastrukturunun, maddi-texniki bazanın yaradılması, yüksək ixtisaslı kadr hazırlığını təmin edən dövlət proqramlarının, layihələrin uğurlu tətbiqi gənclərin hərtərəfli inkişafına, imkan və bacarıqlarının reallaşdırılmasına, cəmiyyətin həyatında onların fəal iştirakına stimul vermişdir.

Bu gün muxtar respublikada gənclərə göstərilən yüksək qayğılardan biri də pedaqoji profilli ixtisasları bitirmiş gənclərin işlə təmin olunmasıdır. 2018-2019-cu tədris ilindən etibarən müəllimlərin işə qəbulunda müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyətli dərəcədə təkmilləşdirilmiş, ümumtəhsil məktəblərinin bilikli kadrlarla təminatı yaxşılaşmışdır.

Nazir bildirmişdir ki, dövlət ümumi təhsil müəssisələrində vakant vəzifələrə  işə qəbul üçün 10 iyun 2021-ci il tarixdə müsabiqə elan edilmiş, müsabiqədə iştirak üçün 858 nəfər müraciət etmişdir. 02-16 avqust tarixlərdə keçirilmiş müsabiqənin nəticəsinə uyğun olaraq 214 vakant yerə namizədlərdən 493-ü keçərli bal toplamışlar. Qeyd olunan vəzifələr üzrə ən yüksək nəticə göstərən 120 gənc kadr yeni tədris ilindən müəllim kimi fəaliyyətə başlayacaqlar. Bu isə səriştəli, bacarıqlı kadrların məktəbə gəlməsinə, müəllimlərin ehtiyac olan təhsil müəssisələrində yerləşdirilməsinə gətirib çıxarır.

Sonra Təhsil naziri yeni fəaliyyətə başlayan gənc kadrları təbrik etmiş, onlara  yeni vəzifələrində uğurlar arzulamış, muxtar respublika gəncliyinə göstərilən qayğıya cavab olaraq hərtərəfli biliyə, geniş dünyagörüşünə yiyələnən, xalqını və Vətənini sevən nəsilin yetişdirilməsində üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirərək səylə çalışmalarını tövsiyə etmişdir.

Təhsil Nazirliyi Aparatının Ümumtəhsil məktəbləri və liseylərlə iş üzrə şöbəsinin müdiri Abdulla Əsgərov yeni işə təyin olunan kadrlara stimullaşdırıcı tədbirlərin tətbiqi və müəllimlərin əmək funksiyaları ilə bağlı ümumi məlumat vermişdir.

Sonra gənc kadrlar adından çıxış edən Ellada Babayeva bildirmişdir ki, informasiya texnologiyalarının imkanlarından maksimum şəkildə istifadə etmək bacarığı olan, geniş biliyə və dünyagörüşə malik kadrların hazırlanması  və onların fəaliyyəti üçün muxtar respublikada hər cür şərait yaradılmışdır. Bu gün muxtar respublikada təhsil müəssisələrinin tikilib istifadəyə verilməsi, informasiya texnologiyaları ilə təmini, laboratoriya və STEAM kabinələrinin yaradılması, ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi, ən əsası isə gənc kadrların işlə təmin olunması Naxçıvan gəncliyinə göstərilən diqqət və qayğıdan xəbər verir. Sonra Ellada Babayeva həyata keçirilən təhsil siyasəti və gənclərə göstərilən yüksək qayğıya görə gənc müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirdi.

Sonda Təhsil Nazirliyi tərəfindən gənc müəllimlərə “Pedaqoji fikir tarixindən” kitabı hədiyyə olundu. Gənc kadrlara 6-8 sentyabr tarixlərində qabaqcıl müəllimlər tərəfindən müəllim peşəsinin xüsusiyyətləri, müəllimlərin etik davranış qaydaları, fənnin tədrisi və məktəb sənədlərinin işlənməsi üsulları, fənn metodbirləşməsinin əhəmiyyəti, pedaqoji şuranın strukturu və hesabatın hazırlanması qaydası, məktəbdaxili qiymətləndirmənin aparılması qaydası, sinif rəhbərinin vəzifələri mövzularında 3 günlük seminarın keçiriləcəyi haqqında məlumat verildi.

Tədbirdən sonra yeni işə qəbul edilmiş gənc kadrlar vaksinasiya olundu.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg