• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün563
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə14294
mod_vvisit_counterBu ay19298
mod_vvisit_counterÜmumi2960109

Tarix: 11 Yan., 2025

Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib

Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin sentyabr konfransı keçirilmişdir. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, Təhsil Nazirliyinin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.

Konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov açaraq təhsilə göstərilən dövlət qayğısından və qarşıda duran vəzifələrdən danışmışdır. Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-2021-ci tədris ili ərzində də davam etdirilmiş, Culfa Rayon Təhsil Şöbəsi, Şərur rayon Qarabürc və Şəhriyar, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, STEAM Təlim-Tədris Mərkəzində, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək rayon Sirab, Göynük, Araz, Ordubad rayon Əndəmic, Vələver, Dırnıs, Pəzməri məktəbləri olmaqla, ümumilikdə 11 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.

Nazir qeyd etmişdir ki, Naxçıvan təhsili Ali Məclis Sədrinin xüsusi qayğısı və diqqəti altındadır. Bunun nəticəsidir ki, muxtar respublikada quruculuq işləri ilə yanaşı təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda da uğurlu addımlar atılır. Belə ki, qısa müddət ərzində 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanmışdır. STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Təhsil naziri bildirmişdir ki, Sərəncamın icrası ilə bağlı zəruri təbirlər görülür. Hazırda 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində iş aparılır. Qeyd olunmuşdur ki, yeni tədris ilində həmin ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması başa çatdıqdan sonra ümumilikdə 104 təhsil müəssisəsində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaqdır.

Nazir təhsil sahəsində tətbiq olunan yeniliklərlə bağlı məlumat verərək qeyd etmişdir ki, ötən tədris ilində Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, “İmtahan Mərkəzi” yaradılmış, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilmiş, təhsil müəssisələrində 186 idman klubu yaradılmışdır.

Vurğulanmışdır ki, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılmış, ilk dəfə olaraq STEAM təhsil metodu əsasında hazırlanmış layihələrdən ibarət texnosərgi, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satış, şagirdlər arasında “Robotexnika” və “Bədii gimnastika”, “Məktəblilərin dram müsabiqəsi”, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilmiş, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası uğurla davam etdirilmişdir.

Vurğulanmışdır ki, ötən tədris ilində kadr hazırlığı istiqamətində zəruri tədbirlər həyata keçirilmiş, 1200-dən çox müəllim müxtəlif təlimlərə, kurslara cəlb olunmuş, təhsilverənlərin sertifikasiyası aparılmışdır. İşə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 307-si müəllim, 55-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuşdur. Bunlarla yanaşı Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olmuşdur.

Nazir qeyd etmişdir ki, bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si qızıl, 17-si gümüş nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülmüş, şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olmuşdur. Məzunların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi diqqətdə saxlanılmışdır. Məzunlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, onlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olmuşdur. Məzunlarından 261-i imtahanlarda 500-700 bal arası nəticə göstərmişdir.

Təhsil naziri ümumtəhsil müəssisələrinin fəaliyyətindəki nöqsanlardan da danışaraq bildirmişdir ki, tədris prosesindən səmərəli istifadə edən, şagirdlərin bilik səviyyəsinin daim yüksəldilməsinə çalışan pedaqoji kollektivlərlə yanaşı, tədrisin keyfiyyətinə lazımi şəkildə nəzarət etməyən məktəblər də vardır.

Bildirilmişdir ki, təhsilin müasir yanaşmalar əsasında inkişaf etdrilməsi mühüm bir məsələ kimi muxtar respublika təhsil işçiləri qarşısında qoyulan vəzifələrdəndir. Təhsil naziri 2021-2022-ci tədris ilində təhsil müəssisələrinin binlaranın qorunması, yaradılan şəraitdən səmərəli istifadə edilməsi, tədrisin yüksək səviyyədə aparılması, şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırlması, tədris prosesində informasiya texnologiyalarından və labortoriyaların imkanlarından səmərəli istifadə olunması, metodiki kabinetlərin fəaliyyətinin gücləndirilməsi, STEAM kabinələrinin yaradılması, STEAM Təhsil Festivalına hazırlıqla bağlı tapşırıqlar vermişdir.

Təhsil naziri muxtar respublika təhsilinin inkişafı üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Məruzə ətrafında müzakirələr aparılmış, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevin, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının, Naxçıvan Dövlət Texniki Kollecin direktoru Asəf Rüşanovun, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın, Naxçıvan Texniki Yaradıcılıq Mərkəzinin direktoru Nubar Allahverdiyevanın və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyevanın çıxışları dinlənilmiş, konfransın qərarı qəbul edilmişdir.

Konfrasın sonunda muxtar respublikada təhsilin inkişafı ilə bağlı Kanal 35 televiziyasının hazırladığı “Təhsilin inkişaf yolu” filminə baxış olmuşdur.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin Mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg