Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə sentyabrın 8-də Heydər Əliyev adına tam orta məktəbdə Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəbləri və Təhsil Nazirliyinə birbaşa tabe məktəblərin pedaqoji kollektivinin işinə dair bölmə iclası keçirilib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən konfransda verilmiş müvafiq tapşırığa əsasən məktəb işinin düzgün təşkili ilə əlaqədar məlumatlar Təhsil Şöbəsinin əməkdaşları tərəfindən tədbir iştirakçılarına çatdırılıb.
İclasda məktəb vəzifəliləri və müəllimlərə yeni 2021-2022-ci tədris ilində məktəb sənədlərinin aparılması, dərslərin tədrisi istiqamətində yeniliklər, fənn birləşmə rəhbərlərinin, laboratoriya, kitabxana işinin təşkili, eləcə də ötən tədris ilindən muxtar respublikada tətbiqinə başlanılan yeni təhsil metodu – STEAM-ın tədrisinə dair məlumatlar verilib.