• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün401
mod_vvisit_counterDünən1035
mod_vvisit_counterBu həftə5718
mod_vvisit_counterBu ay13331
mod_vvisit_counterÜmumi2530147

Tarix: 12 May, 2024

15 sentyabr “Bilik günü” münasibətilə tədbir keçirilib

Naxçıvan şəhər Afiyyədin Cəlilov adına 12 saylı tam orta məktəbdə bilik günü ilə bağlı keçirilən tədbiri giriş sözü ilə Naxçıvan şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq bildirib ki, bu gün muxtar respublikamızda digər sahələrlə yanaşı, təhsil sahəsi də Ali Məclisin Sədri cənab Vasif Talıbov tərəfindən diqqət və qayğı ilə əhatə olunub, təhsil müəssisələri yeni avadanlıqlarla təchiz edilib, müəllimlərin iş şəraiti yaxşılaşdırılıb. Sözsüz ki, muxtar republikamızda təhsil sisteminin müasir tələblər səviyyəsində qurulmasının əsasında məqsədyönlü və düşünülmüş dövləti siyasəti dayanır. Yeni inşa olunan hər bir məktəb binası, yaradılan müasir təhsil şəraiti savadlı və vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edir.

Qeyd olunub ki, hər bir təhsil ocağı göstərilən dövlət qayğısını qazandığı uğurlu nəticələrlə doğrultmaqdadır. Yüksək bilik və bacarığa, hər hansısa bir peşəyə sahib olan və öz sağlamlığının qayğısına qalmağı bacaran gənclər yetişdirmək isə məktəb kollektivlərinin qarşısında duran əsas vəzifələrdir. Bu səbəbdən müəllimlər nizam-intizama, dərslərin keyfiyyətinin yüksəldilməsinə diqqəti artırmalı, savadlı, milli dəyərlərimizə sahib çıxa biləcək, doğma Vətənimizi irəliyə aparacaq vətənpərvər və bilikli gənclər yetişdirməlidir.
Diqqətə çatdırılıb ki, 2021-2022-ci tədris ilində Naxçıvan şəhər ümumtəhsil məktəblərinin birinci siniflərində 1274 şagird təhsil alacaq. Ümumilikdə isə 12 min 184 şagird yeni tədris ilinə başlayır. Şagirdlərin təlim tərbiyəsi ilə 1254 müəllim məşğul olacaqdır. Bu mənada, qarşıya qoyulmuş vəzifələrə uyğun olaraq yeni, 2021-2022-ci tədris ilində, eyni zamanda əsas diqqət məktəblərin fəaliyyətinin davamlılığına, şagirdlərin və məktəb kollektivinin sağlamlığına yönəldilməlidir. Bu məqsədlə davamlı tədbirlərin həyata keçirilməsi diqqətdə saxlanılmalıdır. Təhsil müəssisələrində yaradılmış şərait qorunmalı, müəllim və şagirdlərin ixtiyarına verilmiş avadanlıqlardan təyinatına uyğun şəkildə istifadə olunmalıdır.
Tədbirdə Naxçıvan şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev çıxış edərək bildirib ki, 2020-2021-ci tədris ilində Şəhər ümumtəhsil məktəblərində təhsil alan şagirdlər müxtəlif olimpiadalarda, fənn müsabiqələrində iştirak edərək uğurlu nəticələr göstəriblər. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən fənn olimpiadalarında 115 şagird final mərhələsində iştirak edib, 7 nəfəri isə mərhələnin qalibi olub. Muxtar respublikada ilk dəfə keçirilən respublika fənn müsabiqəsində Naxçıvan şəhər ümumtəhsil məktəblərindən birinci mərhələdə 70, ikinci mərhələdə isə 31 nəfərin iştirakı təmin edilib. Nəticələrə əsasən 15 şagird uğurlu nəticə göstərməklə qalib olub.

Vurğulanıb ki, ötən tədris ilində Naxçıvan şəhər Təhsil Şöbəsinin əhatə etdiyi ümumtəhsil məktəblərində təhsilin inkişafı istiqamətində həyata keçirilən tədbirlər məzunların buraxılış imtahanlarında yüksək nəticələr əldə etməsinə şərait yaradıb. 29 aprel - 4 iyun tarixlərində buraxılış imtahanları keçirilib və imtahanlarda 9-cu sinif üzrə 789, 11-ci sinif üzrə 602 məzun iştirak edib. 2021-ci ildə ümumtəhsil məktəblərini 9-11 siniflər üzrə, ümumilikdə, 1398 məzun bitirib. 9-cu sinif məzunlarından Heydər Əliyev adına Hərbi liseyə 83, orta ixtisas təhsili müəssisələrinə isə 249 nəfər sənəd vermişdir. 11-ci sinif məzunlarından ali təhsil müəssisələrinə sənəd verənlərin sayı 532 nəfər, orta ixtisas təhsili müəssisələrinə isə 37 nəfər olub. Bu isə, ümumilikdə, məktəbi bitirən məzunların 94,21 faizi deməkdir.

Diqqətə çatdırılıb ki, bu il tələbə adını qazanmış məzunlardan 57-si 500-700 intervalında bal toplayıb. Onlardan 42-si 500-600, 12-si 600-650, 3-ü isə 650-700 intervalında nəticə göstərib. Naxçıvan şəhər 7 saylı tam orta məktəbin məzunu İlhamə Novruzova isə 682 bal toplayaraq muxtar respublika birincisi olub. Sonra birinci siniflər tərəfindən ilk zəng çalınıb.

Məcid RƏŞADƏTOĞLU


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg