• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün222
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13085
mod_vvisit_counterBu ay45417
mod_vvisit_counterÜmumi2512682

Tarix: 28 Apr., 2024

“Naxçıvanın səsi” radiosunun 20 illiyi qeyd olunub, Televiziya və Radio Verilişləri Redaksiyasına yeni avadanlıqlar təqdim edilib

“Naxçıvanın səsi” radiosunun yayıma başlamasından 20 il ötür. Sentyabrın 20-də “Naxçıvanın səsi” radiosunun 20 illiyi  və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasına alınan yeni avadanlıqların təqdimatı ilə bağlı tədbir keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsil göstərilən dövlət qayğısından, təhsildə tətbiq edilən innovasiyalardan danışmışdır. Bildirilmişdir ki, muxtar respublika ümumtəhsil məktəblərində yaradılmış şərait multimedia xarakterli dərsliklərin, elektron tədris vasitələrinin, yeni təlim metodlarının, o cümlədən STEAM təliminin təhsil prosesində tətbiq olunmasına geniş imkanlar açmışdır. Bütün bunlar isə muxtar respublika təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, eyni zamanda təhsilin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil etmişdir.

Təhsil naziri qeyd etmişdir ki, 2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Qısa müddət ərzində hər bir təhsil pilləsinə uyğun verilişlər, innovativ təlim metodlarına uyğun teledərslər, tariximizi, mədəniyyətimizi əks etdirən, görkəmli şəxsiyyətlərlə bağlı maarifləndirici teleradio proqramları hazırlanaraq yayımlanmışdır. Ötən müddət ərzində Redaksiyanın tədrisyönümlü fəaliyyət göstərməsi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların maariflənməsinə, yeni biliklər almasına, yaxud əldə etdikləri bilikləri zənginləşdirmələrinə geniş imkan yaratmışdır.

Nazir qeyd etmişdir ki, “Naxçıvanın səsi” radiosunun yayıma başlamasından 20 il ötür. Bu müddət ərzində radio böyük inkişaf yolu keçmişdir. 2021-ci ilin may ayından radionun efir vaxt və fəaliyyətin gücləndirilməsi məqsədilə ştatı artırılmışdır. “Naxçıvanın Səsi” radiosunun dayanıqlı yayımla təmin olunması və yayım keyfiyyətinin artırılması məqsədilə Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü Stansiyaları müasir standartlara cavab verən avtomatik köklənmə sistemi ilə təchiz olunmuş, nəticədə sərhədyanı ərazilərdə də “Naxçıvanın Səsi” radiosunun daha keyfiyyətlə yayımlanması təmin edilmişdir.

Qeyd olunmuşdur ki, bu qayğının davamı olaraq Televiziya və Radio Verilişləri Redaksiyasına 12 adda 22 yeni televiziya avadanlıqları  alınmışdır. Yeni avadanlıqlar yaradıcılıq imkanlarının genişləndirilməsi və fəaliyyətin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.

Nazir “Naxçıvanın səsi” radiosunun 20 illiyi  münasibəti ilə kollektivi təbrik etmiş, fəaliyyətlərində uğurlar arzulamış, Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlığını bildirmişdir.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev  çıxış edərək Dinləyici sevgisini qazanmağın ən birinci yolu müxtəlif səpkili proqramlar hazırlamaq, həmin proqramların son dərəcə rəngarəng və aktual olmasını təmin etmək prinsipini əsas götürən radio bu gün də yaşından, zövqündən asılı olmayaraq bütün dinləyicilərin könlünə yol tapmağı bacarır. Bu baxımdan radionun fəaliyyətini qiymətləndirən hər kəs əminliklə vurğulayır ki, bu gün “Naxçıvanın səsi” həm də yeni tipli yaradıcı və texniki heyətə malik olan ciddi və səmimi bir kollektiv kimi özünün işgüzar mühitini və geniş dinləyici auditoriyasını fomalaşdıra bilmişdir. “Naxçıvanın səsi” radiosu qədim və həmişəcavan diyarımızda müstəqillik dövrünün etibarlı carçısı kimi yolunu uğurla davam etdirir, ömrümüzə, yolumuza işıq salır. Daim axtarışlarda olan, dinləyici zövqü ilə üst-üstə düşən verilişlər hazırlamağa səy göstərən kollektiv əksər hallarda buna nail olur. Bu səbəbdən də radionun ayrı-ayrı verilişləri maraqla dinlənilir.  “Naxçıvanın səsi” bu gün əsasən təhsilyönümlü, musiqili-əyləncəli radiodur. Amma öz işini təkcə bununla məhdudlaşdırmır. Əhəmiyyətli və diqqətçəkən proqramlarla efirə çıxan radio həm də müxtəlif sahələri əhatə edən verilişlər hazırlayır. Həmin verilişləri hazırlamaq üçün kollektiv çoxsaylı mötəbər mənbələrə müraciət edir. Bu isə zəhmət, çalışqanlıq, fədakarlıq və işgüzarlıq tələb edir.

Qeyd etmək lazımdır ki, 2021 ci ildə ildə “Naxçıvanın səsi” radiosunu 2 min 713 saat efirdə olmuş və efirin 527 saatını canlı yayım proqramları təşkil etmişdir. Bu da yüksək göstərici hesab edilir. Çünki canlı yayımlanan verilişləri efirə vermək üçün yüksək peşəkarlıq tələb olunur.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxış edərək bildirib ki,  bu gün muxtar respublikamızda bütün sahələrdə əldə olunan inkişaf və yüksəliş kütləvi informasiya orqanlarını da əhatə edib.  Bunun nəticəsidir ki, redaksiyanın  maddi-texniki bazası  mərhələli şəkildə yenilənmiş, əməkdaşların yaradıcılıq imkanları artırılmışdır.

Ramal Məmişov qeyd etmişdir ki, redaksiyanın əsas fəaliyyət istiqamətlərindən biri də  hər bir təhsil pilləsinə uyğun teleradio layihələrinin hazırlanması, ümumtəhsil məktəblərində tədris olunan fənlər, eləcə də innovativ təlim metodları üzrə teledərslərin hazırlanması, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı şəkildə təhsil ictimaiyyətinə maraqlı, əhatəli baxımlı telelayihələri təqdim etməkdir.

Ramal Məmişov qeyd etmişdir ki, alınan avadanlıqlar gələcəkdə  efir keyfiyyətini və yaradıcı işi daha da yüksəldəcək, geniş layihələr üzərində işləyə biləcəklərinə geniş imkanlar yaradacaqdır.

Tədbirdə  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Günel Mustafabəyli çıxış edərək bildirib ki, 20 yaşını qeyd edən  “Naxçıvanın səsi radiosu” yarandığı gündən əsas məramı və məqsədi dinləyicilərini məlumatlandırmaq, maarifləndirmək, olmuşdur. Bu gün isə hədəfimiz muxtar respublikada həyata keçirilən təhsil siyasətini, təhsil quruculuğunu, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsini təbliğ edən yeni layihələrin hazırlanmasıdır.

Daha sonra Azərbaycan Televiziyasının Aztv-nin Teleradio Akademiyası və Türkiyənin Sivas Cümhuriyyət Universitetinin birgə reallaşdırdığı tədris proqramında  iştirak edən redaksiyanın bir sıra əməkdaşlarına sertifikatlar və  Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib əsgərin müəllimi” videohekayə müsabiqəsində qalib olan redaksiyanın əməkdaşı Əzim Cəfərliyə diplom və hədiyyə təqdim edilib. Həmçinin muxtar respublikada həyata keçirilən təhsil siyasəti, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzusunda teleradio proqramlarının hazırlanmasında səmərəli fəaliyyətinə görə Televiziya və Radio Verilişləri Redaksiyasının kollektivi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi ilə, fəaliyyəti ilə seçilən əməkdaşlar isə Fəxri Fərman ilə təltif olunub, qiymətli hədiyyə təqdim olunub.

Sonra “Naxçıvanın səsi” radiosunun 20 illiyi münasibətilə hazırlanan “20 ilin səsi” filminə baxış olub.

Tədbirin sonunda alınan avadanlıqlara baxış olub. Qeyd edək ki, redaksiyaya video çəkilişlər üçün 2 ədəd kamera, səyyar çəkiliş üçün 2 ədəd ştativ, 1 dəst mikrofon, montaj üçün 2 dəst kompüter, ekran və yaddaş kartları alınıb.

Hazırda isə teledərslərin keçirilməsi və dəyirmi masanın təşkili üçün isə mebel və dekorasiyalardan ibarət studiyanın qurulması üzərində işlər davam etdirilir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg