• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün186
mod_vvisit_counterDünən2214
mod_vvisit_counterBu həftə13049
mod_vvisit_counterBu ay45381
mod_vvisit_counterÜmumi2512646

Tarix: 28 Apr., 2024

Təhsil müəssisələrinin STEAM kabinələri üçün alınan avadanlıqların təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sentyabrın 21-də Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təhsil müəssisələrində qurulan STEAM kabinələri üçün alınan avadanlıqların təqdimatı keçirilib.

Təqdimatda Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin dərin və hərtərəfli biliklərlə yiyələnməsi üçün yaradılan yüksək təhsil şəraiti, eyni zamanda təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda atılan uğurlu addımlar mütərəqqi təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır.

Nazir qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən  pilot layihə olaraq muxtar respublikanın 15 təhsil müəssisəsinin VI və VII siniflərində STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Aparılan təhlillər əsas verir ki, ötən müddət ərzində pilot məktəblərdə bu təhsil metodu özünü doğrultmuş, şagirdlərin layihə əsaslı biliklərə yiyələnmələrinə, eləcə də onlarda elmi təfəkkürün və mühəndislik bacarığının formalaşmasına böyük təsir göstərmişdir. Məhz bu amillər nəzərə alınaraq son bir ildə STEAM təhsil metodunun tətbiq edildiyi təhsil müəssisələrinin sayı 53-ə çatdırılmışdır. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən 1-i orta ixtisas, 3-ü lisey, 1-i xüsusi tipli internat, 3-ü məktəbdənkənar, 45-i isə ümumtəhsil məktəbləri olmaqla, 53 təhsil müəssisəsində STEAM kabinəsi, Heydər Əliyev adına tam orta məktəbdə isə “STEAM Tədris Mərkəzi” fəaliyyət göstərir.

Qeyd olunmuşdur ki, layihənin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədi ilə 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrasi ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəziyaradılır, III mərhələ olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Layihənin III mərhələsinin başa çatdırılması ilə 2021-2022-ci tədris ilindən etibarən 104 təhsil müəssisəsində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaq, ümumtəhsil məktəblərində yaradılan STEAM kabinələrinin imkanlarından istifadə olunaraq hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir.

Təhsil naziri STEAM təhsilinin tətbiqində yaxından iştirak edəcək, STEAM dərslərinin tədris etməsi üçün müəllim-mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlərdən bəhs edərək qeyd etmişdir ki, ötən tədris ilində yerli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin, eləcə də beynəlxalq təlimçiləri tərəfindən ümumtəhsil məktəblərinin 200-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilib, təhsil metodunun sistemli tətbiqi üçünVI-VII siniflər üçün STEAM tədris proqramı və tədris vəsaiti hazırlanıbdır. Bunlarla yanaşı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin tapşırığı ilə “Robotexnika”, “Robot layihələri” və  “Arduino tətbiqetmə kitabı” xarici dildən tərcümə olunaraq nəşr edilmiş, ümumtəhsil məktəblərinin 60 şagirdi üçün “STEAM Yay Məktəbi” təşkil edilmişdir.

Rəhman Məmmədov yeni tədris ilindən etibarən  kadr hazırlığı məqsədi ilə müəllimlərə STEAM yönümlü təlimlərin davam etdiriləcəyini, həmçinin STEAM təhsil metoduna aid yeni xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunacağının nəzərdə tutulduğunu bildirmiş, məktəb direktorlarına kabinələrin imkanlarından düzgün istifadə olunması, texnologiya dərslərinin STEAM kabinələrində tədrisinin diqqətdə saxlanılması, dərsləri tədris edən müəllimlərin mütəmadi olaraq öz üzərində işləmələri ilə bağlı tapşırıqlar vermiş, STEAM təhsil metodunun tətbiqi üçün ümumtəhsil məktəblərində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirmişdir.

Sonra alınan avadanlıqlara baxış olmuşdur. Tədbirdə Təhsil Nazirliyi Aparatının sektor müdiri Murad Babayev təhsil müəssisələrinin STEAM kabinələri üçün alınmış avadanlıqlar barədə məlumat verərək bildirmişdir ki, kabinələr müasir dizaynda mebel avadanlıqları və elektron lövhə ilə təchiz olunmaqla yanaşı təhsil müəssisəsinin kabinələri üçün 38 ədəd 3D printer, 76 ədəd 3D çap materialı, 76 ədəd kompüter, 38 ədəd arduino programlama inkişaf dəsti, 38 ədəd grove alfa inkişaf dəsti, 228 ədəd günəş paneli, 38 ədəd arduino və 114 ədəd mikrobit dəsti, 228 ədəd servo mühərrik, 38 ədəd istilik sensorlu masa saatı, 38 ədəd rokokey kartı, 190 ədəd 3D qələm, 38 ədəd lafvin robot qol, 38 ədəd elektron dövriyə dəsti, layihələrin hazırlanmasında istifadə olunacaq 2000-dən çox elektron komponent və digər STEAM qurğuları alınmışdır. Həmçinin 38 dəst emalatxana alətləri, layihələrin hazırlanması üçün xammal və tədris üçün lazımı materiallar da alınmışdır. STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə təminatı da diqqətdə saxlanılmış, nəşr olunan STEAM üzrə ədəbiyyatların tirajı artırılmışdır. Beləliklə,  “Robotexnika”, “Arduino tətbiqetmə kitabı”, “Robot layihələri” və “Robotexnikanın əsasları” kitablarının hər birindən STEAM kabinələri olan məktəblər də daxil olmaqla bütün ümumtəhsil məktəblərinə,  Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə ayrılmışdır.

Tədbirin sonunda təhsil müəssisəsinin kabinələri üçün alınan avadanlıqlar akt əsasında təhsil müəssisələrinin rəhbərlərinə paylanılmışdır.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg