7 iyun 2018-ci il tarixdə “15 iyun–Milli Qurtuluş günü” münasibətilə Naxçıvan Qarnizonu tam orta məktəbinin idman zalında Naxçıvan şəhər ümumtəhsil məktəblərinin qız komandaları arasında həndbol birinciliyi keçirilmişdir. Naxçıvan Şəhər Təhsil Şöbəsinin, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə 7 komanda iştirak etmişdir. Birinciliyin yekununa əsasən Naxçıvan Qarnizonu tam orta məktəbinin komandası I yerə, Qızlar Liseyinin komandası II yerə, 3 və 15 №-li tam orta məktəblərin komandaları isə III yerlərə layiq görülmüşlər. Birinciliyin sonunda komandalar təşkilatçıların diplomları ilə təltif olunmuşdur.