• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün2141
mod_vvisit_counterDünən1386
mod_vvisit_counterBu həftə12790
mod_vvisit_counterBu ay45122
mod_vvisit_counterÜmumi2512387

Tarix: 27 Apr., 2024

Naxçıvan Dövlət Universitində ixtisasartırma kurslarını uğurla keçən orta məktəb müəllimləri təltif olunub

Naxçıvan Dövlət Universiteti Xarici dillər fakültəsində xarici dillər üzrə ixtisasartırma kurslarının müdavimlərinə sertifikatlar verilib. Tədbiri giriş sözüylə açan universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov universitetdə tədris üçün yaradılan yüksək şəraitdən, elmdə və təhsildə qazanılan uğurlardan söhbət açıb. Qeyd olunub ki, ali və orta ümumtəhsil məktəbləri ilə belə əlaqəli tədbirlər bilik və təcrübə mübadiləsi, gələcək pedaqoji fəaliyyət prinsiplərinin düzgün müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Bildirilib ki, kursun keçirilməsində əsas məqsəd orta məktəb müəllimləri ilə universitet arasında əlaqələri genişləndirməkdir. Prorektor təlimdə iştirak edən hər kəsə öz təşəkkürünü bildirib.

Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov bu kursun keçirilməsinin muxtar respublikada bu ixtisas üzrə müəllimlərin peşə bacarıqlarının möhkəmlənməsində xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Sonda kursu başa vuran müəllimlər universitet tərəfindən sertifikatla təltif ediliblər.

Qeyd edək ki, ötən tədris ilinin sonunda ali təhsil ocağında ingilis, rus, alman və fransız dilləri üzrə ixtisasartırma kursu keçirilib. İngilis və rus dili fənni üzrə 15 nəfərin iştirak etdiyi kursda 15 nəfər məqbul nəticə göstərib. Alman dili fənni üzrə 16 nəfər iştirak etdiyi kursda 15 məqbul nəticə, 15 nəfərin iştirak etdiyi kursda isə 11 məqbul nəticə əldə edilib.

Məlumat üçün onu da bildirək ki, kursdan sonra anket sorğuda iştirak edən müəllimlər müasir auditoriyalar, sinxron tərcümə, linqafon otaqlarından, dərslərin maraqlı və kurrikulum sisteminə uyğun keçmələrindən razı qaldıqlarını dilə gətiriblər. Həmçinin, ingilis dili müəllimləri arasında dinləmə və fonetikayla bağlı dərslər, rus dili müəllimlərinin rus yazıçı və şairlərin həyat və yaradıcılığına həsr olunmuş mövzuları, əsərlərindən seçmələr, alman dili müəllimlərinin şeir və mahnıların innovativ dərs üsulları ilə mənimsənilməsi, dil bacarıqlarının inkişaf etdirilməsi, fransız dili müəllimlərin internet resursları ilə tanışlıq bölməsi və internet üzərində yeni dərslərin materiallarının təqdim edilməsi təlimlərin daha maraqlı olmasına səbəb olub.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg