10 iyun 2018-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “İstedad XXI əsr” kurslarının birgə təşkilatçılığı ilə bu gün muxtar respublika ümumtəhsil məktəblərinin V-VIII sinif şagirdləri üçün sınaq test imtahanları keçirilmişdir. Muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin təmsil olunduğu imtahanlarda V siniflərdə şagirdlərə 7 fənn üzrə 70 sual, VI-VIII siniflərdə isə 10 fənn üzrə 100 sual təqdim olunmuşdur. Sualların cavablandırılması üçün iştirakçılara 150 dəqiqə vaxt ayrılmışdır.
İştirakçılar beş gündən sonra onlara verilmiş iş nömrələri vasitəsilə İstedad XXI əsr.com elektron ünvana daxil olmaqla imtahan nəticələrini öyrənə bilərlər.