Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Araz kəndində xidmət mərkəzinin də açılışını edib.
Məlumat verilib ki, xidmət mərkəzində bərbərxana, mağaza və anbar yerləşir. Burada xidmətin təşkili üçün nümunəvi şərait yaradılıb, 2 nəfər işlə təmin olunub.
Mərkəzdə ailə təsərrüfatlarında istehsal olunan məhsulların satışına üstünlük verilir.