• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün204
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə8484
mod_vvisit_counterBu ay22252
mod_vvisit_counterÜmumi2539068

Tarix: 19 May, 2024

Aralıq kənd tam orta məktəbinin IX sinif şagirdi, gənc yazıçı Sabrina Mədətovanın poemasının təqdimatı keçirilib

Dünyanın bir sıra mədəni xalqlarının ədəbiyyatı kimi, bəşəriyyətin söz xəzinəsini zənginləşdirən Azərbaycan poeziyası da xalqımızın tarixi qədər qədim, mənəviyyatı qədər zəngindir. Naxçıvan ədəbi mühiti isə Azərbaycan ədəbiyyatının xüsusi tərkib hissəsidir. Bu ədəbi mühit qədim dövrlərdən orta əsrlərə, yeni dövrdən müasir dövrə qədər həmişə Azərbaycan ədəbiyyatına parlaq ədəbi simalar, qiymətli əsərlər bəxş etmişdir. Muxtar respublikamızda da ədəbi mühitin inkişafı dövlət qayğısı ilə əhatə olunub.

Oktyabrın 15-də Şərur rayon Aralıq kənd tam orta məktəbində məktəbin IX sinif şagirdi, gənc yazıçı Sabrina Mədətovanın “Mahnın da, adın da dastana döndü...” adlı poemasının təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Təhsil nazirinin müavini Heyran Əhmədova təhsilə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, muxtar respublikamızda kitabxana şəbəkələrinin, kitab fondunun zənginləşdirilməsi diqqətdə saxlanılır. Bunun nəticəsidir ki, məktəb kitabxanalarının maddi bazası yaxşılaşdırılmış, 600 mindən çox latın qrafikası ilə nəşr olunmuş bədii ədəbiyyat ümumtəhsil məktəblərinə verilmişdir.

Vurğulanıb ki, muxtar respublika ümumtəhsil məktəblərində kitabxanaların imkanlarından səmərəli istifadə olunması, ədəbiyyatımızın, mədəniyyətimizin təbliği və yaşadılması, şagirdlərin biliklərinin zənginləşdirilməsi məqsədilə bir sıra tədbirlər keçirilir. Hər il aprel ayının “Mütaliə aylığı” elan olunması və ay ərzində keçirilən tədbirlər-kitab müzakirələri, oxu günləri, ədəbi-bədii gecələr, muxtar respublikanın şair və yazıçıları ilə görüşlər istedadlı və yaradıcı şagirdlərin üzə çıxarılmasında mühüm əhəmiyyətə malikdir. Bugünkü görüşün də yaradıcılığa, şeir yazmağa meyli olan məktəblilərə stimul verəcəyinə inanırıq. Bu cür tədbirlərin təşkil edilməsi və gələcəkdə də ənənə halına çevrilməsi yaradıcı şagirdlərin üzə çıxarılmasına öz töhfəsini verəcəkdir.

Təhsil nazirinin müavini kitabının təqdimatı ilə bağlı gənc yazıçını təbrik etmiş, ona yaradıcılıq uğurları arzulamışdır.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının əməkdar mədəniyyət işçisi, şair Asim Əliyev çıxış edərək muxtar respublikamızda elmə, ədəbiyyata verilən dəyərdən danışıb.

Şair yaradıcı məktəbli, anaya, vətənə, torpağa bağlılıq hissləri ilə şeirlər yazan Sabrina Mədətovanın yaradıcılığı haqqında məlumat verərək qeyd edib ki, təqdimatına yığışdığımız bu kitab gənc yazıçının 3-cü şeirlər kitabıdır. Kitab İkinci Qarabağ Müharibəsində qəhrəmanlıqlar göstərən, vətənpərvərlik ruhunda oxuduğu “Vətən yaxşıdır” mahnısı ilə yaddaşlarda qalan Xudayar Yusifzadənin əziz xatirəsinə həsr olunub.

Gənc yazıçının yaradıcılıq fəaliyyətini müsbət qiymətləndirən şair Asim Əliyev ona bu yolda uğurlar arzulamış, muxtar respublikamızda xüsusi istedadı və yaradıcılığı ilə seçilən şagirdlərin diqqət mərkəzində olduğunu vurğulamışdır.

Sonra Şərur Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov və Aralıq kənd tam orta məktəbinin direktoru Elsevər Əliyev çıxış edərək təhsilə göstərilən dövlət qayğısından danışmış, bu cür istedadlı şagirdlərin üzə çıxarılması, onların müxtəlif müsabiqə və yarışlarda, yaradıcılıqla bağlı keçirilən tədbirlərdə iştirakı üçün səylə çalışdıqlarını qeyd etmişlər.

Sonra gənc yazıçı Sabrina Mədətova öz əsərini tədbir iştirakçılarına təqdim etmiş, əsərlə bağlı fikir və düşüncələrini onlarla bölüşmüş və yaxşı təhsil alması üçün yaradılan şəraitə və yaradıcılıq yolunda ona dəstək olanlara minnətdarlığını bildirmişdir. Tədbirdə iştirak edən şagirdlər tərəfindən müəllifin şeirlərinin bir neçəsi bədii qiraət olunmuş və müəllif yeni yazdığı poemasını tədbirdə iştirak edən şagirdlərə hədiyyə etmişdir.

Tədbirin sonunda xüsusi istedadı və yaradıcı qabiliyyəti ilə seçildiyinə görə Təhsil Nazirliyi tərəfindən gənc yazıçıya diplom verilmiş və oxunması zəruri olan kitablar hədiyyə edilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg