• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1057
mod_vvisit_counterDünən1474
mod_vvisit_counterBu həftə11220
mod_vvisit_counterBu ay7281
mod_vvisit_counterÜmumi2524097

Tarix: 05 May, 2024

Maarifləndirici tədbir keçirilib

15 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhər 10 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil, Daxili İşlər, Gənclər və İdman nazirlikləri tərəfindən muxtar respublikada yaşayan yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planına əsasən yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlər, vətənpərvər ruhda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ olunmasını şagirdlərə aşılamaq məqsədilə maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşı kapitan Türkan Məmmədova, Naxçıvan Şəhər Polis İdarəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun baş inspektoru Eyvaz Cəfərli, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şahmar Hüseynov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin əməkdaşı Məryəm Əjdərli çıxış edərək bildirmişlər ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video çarxlara baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında, ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının xalqa çatdırılmasında əvəzsiz rolu vardır. Bunlarla yanaşı muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunurki, həmin gəzintilər zamanı çəkilən fotoşəkilərə və video çarxlara gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Yeniyetmə və gənclər sosial şəbəkəyə qoşularkən mütləq bilməlidir ki, kimlərlə yazışır, ünsiyyət qurur, kimlərlə görüşür, tanış olduqları insanların, izlədikləri səhifə və qrupların maraq dairəsi necədir? Əks-halda, yeniyetmə və gənclər hansısa terrorçu qrupun təsiri altına düşə bilər. Digər tərəfdən həddən ziyadə sosial şəbəkələrdə istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındıra bilər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır. Tədbirdə 25 yeniyetmə iştirak edib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg