Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə 14 noyabr 2021-ci il tarixində Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi keçiriləcək. Sözü gedən müsabiqə hər il mərkəzi Fransa olan Sərhədsiz Kenquru Assosiasiyasının razılığı ilə dünyanın 80-dən çox ölkəsində təşkil olunur.
Müsabiqənin keçirilməsində əsas məqsəd ümumi təhsil müəssisələrinin II-X sinif şagirdlərinə riyaziyyat fənni üzrə biliklərini yoxlamağa imkan yaratmaqdır.
Müsabiqə Azərbaycan, rus və ingilis dillərində keçiriləcək və 90 dəqiqə davam edəcək. Müsabiqədə şagirdlərə çətinlik dərəcəsinə müvafiq olaraq 3 ballıq, 4 ballıq və 5 ballıq suallar təqdim ediləcək.2-ci, 3-cü və 4-cü siniflər maksimal bal:96 (8 ədəd 3 ballıq sual, 8 ədəd 4 ballıq sual, 8 ədəd 5 ballıq sual), 5-10-cu siniflər maksimal bal:120 (10 ədəd 3 ballıq sual, 10 ədəd 4 ballıq sual, 10 ədəd 5 ballıq sual)-dir.
Müsabiqədə iştirak etmək istəyən şagirdlər onlayn qeydiyyatdan keçməli, ödəniş etməli və buraxılış vərəqəsini çap etməlidirlər. İştirak üçün ödəniş məbləği 13 manat təşkil edir. Qeydiyyat ARTİ-nin Təhsil Texnologiyaları Mərkəzi tərəfindən 11 oktyabr-1 noyabr aralığında onlayn aparılacaq.
Muxtar respublikada imtahan 8 mərkəzdə keçiriləcək. Bunlar Naxçıvan şəhərində 11 nömrəli, Şərur rayonunda 2 nömrəli, Babək rayonunda 2 nömrəli, Ordubad rayonunda 1 nömrəli, Culfa rayonunda 2 nömrəli, Kəngərli rayonunda Qıvraq qəsəbə, Şahbuz rayonunda 1 nömrəli, Sədərək rayonunda 1 nömrəli tam orta məktəblərdir.
Aşağıdakı linkdən qeydiyyat səhifəsinə keçid edə bilərsiniz: