• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün236
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13967
mod_vvisit_counterBu ay18971
mod_vvisit_counterÜmumi2959782

Tarix: 11 Yan., 2025

19 oktyabr 2021-ci il tarixdə Sədərəkdə ümumtəhsil məktəblərinin şagirdləri ilə maarifləndirici söhbət aparılıb

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman, Daxili İşlər və Təhsil nazirlikləri tərəfindən yetkinlik yaşına çatmayanlarla aparılan praktiki işlərə dair Tədbirlər Planının icrası davam etdirilir. Buna əsasən, yetkinlik yaşına çatmayanların milli-mənəvi dəyərlərə bağlılıq, vətənpərvərlik ruhunda tərbiyə edilməsi, asudə vaxtlarında idman yarışlarının təşkil edilməsi və idmana cəlb edilmələri, oxunması zəruri olan kitabların mütaliəsi üçün maarifləndirici söhbətlər aparmaq və uşaqların sosial şəbəkələrdən təhlükəsiz istifadəsi və zərərli informasiyalardan qorunmaları, sosial şəbəkələrdə Naxçıvanın turizm potensialının təbliğ olunması məqsədilə maarifləndirici söhbət aparılıb.

Qaraağac  kənd tam orta məktəbində aparılan maarifləndirici söhbət zamanı Sədərək Rayon Gənclər və İdman İdarəsinin rəisi Polad Rzazadə, Polis şöbəsinin əməkdaşı Azər Həsənli  və Təhsil şöbəsinin əməkdaşı  Arzuman Abdullazadə çıxış edərək bildiriblər ki, həyatımızın ayrılmaz hissəsinə çevrilən internetdən istifadə edənlərin sayı sürətlə artmaqdadır. İnsanlar internetdən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və videoçarxlara baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Həmçinin sosial şəbəkələrin Azərbaycan həqiqətlərinin dünya ictimayətinə çatdırılmasında, ölkəmizin inkişafının, keçirilən beynəlxalq tədbirlərin və müxtəlif idman yarışlarının beynəlxalq aləmə çatdırılmasında əvəzsiz rolu var. Bunlarla yanaşı, muxtar respublikanın turizm məkanlarının, tarixi abidələrinin tanıdılmasında sosial şəbəkələrdən də geniş istifadə olunur. Yeniyetmə və gənclərimizin iştirakı ilə turizm məkanlarına, tarixi abidələrə, muzeylərə gəzintilər təşkil olunur. Həmin gəzintilər zamanı çəkilən fotoşəkilərə və videoçarxlara gənclər tərəfindən müxtəlif məlumat yazılaraq sosial şəbəkələrdə paylaşılır. Yeniyetmə və gənclər sosial şəbəkəyə qoşularkən mütləq bilməlidir ki, kimlərlə yazışır, ünsiyyət qurur, kimlərlə görüşür, tanış olduqları insanların, izlədikləri səhifə və qrupların maraq dairəsi necədir? Əks-halda, yeniyetmə və gənclər hansısa dini sekta, terrorçu qrupun təsiri altına düşə bilər. Digər tərəfdən həddən ziyadə sosial şəbəkələrdə istifadə etmək yeniyetmə və gəncləri təhsildən yayındıra bilər. Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg