• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1772
mod_vvisit_counterDünən1396
mod_vvisit_counterBu həftə8277
mod_vvisit_counterBu ay22045
mod_vvisit_counterÜmumi2538861

Tarix: 18 May, 2024

Məktəb kitabxanalarında “Kitab bilik mənbəyidir” mövzusunda diskussiyalar keçirilib

Gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq kitabxanalar zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir. Muxtar respublika məktəblərində yaradılan şərait şagirdlərin mütaliəyə cəlb edilməsinə, onlarda mütaliə mədəniyyətinin formalaşdırılmasına geniş imkanlar açır, tədris ili ərzində şagirdlərin elmi-kütləvi və bədii ədəbiyyat nümunələrinin oxusuna təşviq edilməsi istiqamətində davamlı tədbirlər keçirilir.

“21 Oktyabr-Beynəlxalq Məktəb Kitabxanaları Günü” ilə bağlı məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə “Kitab bilik mənbəyidir” mövzusunda diskussiyalar keçirilib.

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin “Sürətli oxu” dərnəyinin üzvləri və dərnək rəhbərləri kitab oxumağın şagirdlərin dünyagörüşlərinin, intellektual səviyyələrinin artırılmasına, istedadlı şagirdlərin üzə çıxarılmasına, vətənpərvər, dünyagörüşlü formalaşmasına öz müsbət təsirlərindən danışmış, mövzu ətrafında müzakirələr aparmışlar.

Naxçıvan şəhər 14 və 17 nömrəli tam orta məktəblərin kitabxanalarında da tədbirlər təşkil edilmiş, şagird və müəllimlər arasında mütaliənin əhəmiyyəti, oxunması zəruri olan kitablar, Azərbaycan və dünya ədəbiyyatı nümunələri barədə fikir mübadiləsi aparılmışdır.

Şagirdlərin formalaşmasında, mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində, məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliənin rolu nəzərə alınaraq Naxçıvan şəhərində yerləşən bütün ümumtəhsil məktəblərinin kitabxanalarında “21 Oktyabr-Beynəlxalq Məktəb Kitabxanaları Günü” ilə bağlı diskussiyalar keçirilmişdir.

Şagirdlərdə mütaliə mədəniyyətinin formalaşdırılması, ədəbiyyatlardan müntəzəm və sistemli şəkildə istifadə etmək bacarığının aşılanması, ümumilikdə məqsədyönlü maarifləndirmə işlərinin aparılması məqsədilə hər həftənin 5-ci günü kitab müzakirələri aparılır, müxtəlif mövzularda tədbirlər təşkil edilir ki, şagirdlər də oxuduqları əsərlərin təhlili ilə bağlı öz yaradıcı fikirləri və təqdimatları ilə iştirak edir, kitabxanalardan mütəmadi olaraq istifadə edirlər.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg