• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün136
mod_vvisit_counterDünən1775
mod_vvisit_counterBu həftə136
mod_vvisit_counterBu ay22184
mod_vvisit_counterÜmumi2539000

Tarix: 19 May, 2024

Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə “Təhsil Kouçu"xidməti adlı layihənin açılış tədbiri keçirilmişdir

22 oktyabr 2021-ci il tarixdə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə  Təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində ümumtəhsil məktəbləri kateqoriyası üzrə qalib olan məktəbin direktoru Esmira Həsənovanın “Təhsil Kouçu"xidməti adlı layihənin açılış tədbiri keçirilmişdir.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Esmira Həsənova qonaqları salamladıqdan sonra çıxış üçün sözü Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevə verdi.  Şöbə müdiri dövlətin təhsilə göstərdiyi diqqət və qayğıdan bəhs etdi.  O, bildirdi ki, 2020/2021-ci tədris ili  Naxçıvan şəhər təhsili üçün uğurlu bir il olmuşdur. Həmin uğurların sırasında Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin və qrant müsabiqə qaliblərinin də payı vardır. Bu münasibətlə layihə qaliblərini təbrik edərək layihənin işinə uğurlar arzuladı.

Layihə rəhbəri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Naxçıvan şəhər  5 nömrəli tam orta məktəbin direktoru Esmira Həsənova çıxış edərək bildirmişdir ki, bu gün bütün dünyada şagirdlər təhsillərində və elmi inkişaflarında fəal iştirakçılar olaraq görülürlər. Artıq şagirdlər və ailələri passiv bir məlumat qəbuledici rolu ilə kifayətlənmirlər. Valideynlər övladlarının yalnız təlimatlara əməl etmələrini və məktəbdə məlumat əldə etmələrini istəmirlər. Övladlarının təhsildə fəal şəkildə iştirak etmələrini, müstəqil öyrənməyə həvəslənmələrini istəyirlər. Dünya təcrübəsi göstərir ki, şagirdlərin uğur qazanması üçün önəmli olan çox çalışmaq deyil, düzgün və effektiv işləməkdir. Son illərdə şagirdlərdə öyrənməyə daha çox maraq oyatmaq, onların elmi dünyagörüşünü formalaşdırmaq, idrak fəaliyyətini gücləndirmək üçün bir sıra layihələr həyata keçirilir. Övladlarının gələcəkdə yaxşı bir peşəyə yiyələnməsi üçün çalışan valideynlər onların gələcəklərini planlaşdırması, uyğun hədəflər seçməsi, qarşıya qoyulmuş hədəflərə çatmaq üçün düzgün bir strategiyanın müəyyənləşdirilməsi, istək və ehtiyaclarını düzgün təyin etməsi üçün onların necə dəstəklənməli olduğunu bəzən bilmirlər. Bu da öz-özlüyündə başqa problemlər yaradır. Biz isə şagirdlərin daha yaxından dəstəklənməsində, onların gələcək fəaliyyətlərinin stimullaşdırılmasında bir növ “mayak” rolunu oynayacaq. “Təhsil kouçu” xidmətinin daha yaxşı nəticələr verəcəyini düşünürük.

Tədbirə onlayn şəkildə qoşulan Təhsil İdarəçilər Assosiasiyasının rəhbəri Qoşqar Məhərrəmov 8 gün müddətində 15 saatlıq müəllimlərə keçəcəyi təlimlər haqqında, Peşəkar İnkişaf və Keyfiyyət Mərkəzinin direktoru Ramil Süleymanov isə layihə müddətində ekspert olaraq görəcəyi işlərdən bəs etmişdir.

Layihənin digər təlimçisi Naxçıvan Şəhər Təhsil Şöbəsinin baş məsləhətçisi, Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının sədri Gülxanım Orucova layihənin məqsədi, nəticəsi və 18 gün müddətində 30 saatlıq təlimdə bəhs ediləcək mövzular haqqında məlumat vermişdir. O, bildirmişdir ki, Layihədə əsas məqsəd şagirdlərin özlərini tanıması və idarəetmə qabiliyyətlərini inkişaf etdirilməsi, təhsil və kariyera cəhətdən düzgün istiqamələndirilməsi üçün məktəblərdə kouçluk sisteminin təşkili və qurulmasıdır. Nəticədə həm məktəbin həm də şagirdlərin nailiyyət səviyyələri artacaq, əməkdaşlıq və rəqabət mühiti yaranacaqdır.

Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri, Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin qalibi Gülxarə Tarverdiyeva çıxış edərək ötən ilki təcrübəsini bölüşərək layihənin uğurlu olması üçün öz tövsiyələrini verdi.

Sonda tədbir iştirakçılarından və Naxçıvan şəhər 16 nömrəli tam orta məktəbin direktoru “Azərbaycan Respublikasının əməkdar müəllimi” Məlahət Rüstəmova, Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət Kafedrasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Həbibə Allahverdiyeva, Naxçıvan Qızlar Liseynin direktoru Aidə Allahverdiyeva və Payız kənd tam orta məktəbin direktoru Turan Məmmədli çıxış edərək layihə haqqında fikirlər söyləmiş və təbrik bildirmişlər.

Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşları, ümumtəhsil məktəblərinin direktorları və müəllimləri iştirak etmişdir.

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg