• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün211
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13942
mod_vvisit_counterBu ay18946
mod_vvisit_counterÜmumi2959757

Tarix: 11 Yan., 2025

İnnovativ dərnəklərə alınan avadanlıqların təqdimatı keçirilib

Noyabrın 3-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklərə alınan avadanlıqların təqdimatı keçirilib.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, muxtar respublikada uşaqların təhsili ilə yanaşı asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması üçün də zəruri tədbirlər görülür, onların hərtərəfli yetişdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir.

Təhsil Naziri qeyd etmişdir ki, innovativ dərnəklərin fəaliyyəti daim diqqətdə saxlanılır, innovativ dərnəklər üzrə müəllimlərə və hami ixtisaslarda təhsil alan tələbələrə kurslar, eyni zamanda açıq dərslər təşkil olunur, dərnək üzvləri arasında müxtəlif müsabiqələr və sərgilər təşkil olunur.

Bildirilmişdir ki, cari ilin iyun ayında ilk dəfə olaraq muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satışı təşkil olunmuş, 348 şagirdin yaradıcılıq nümunələri sərgi-satışa çıxarılmışdır. İstedadlı və yaradıcı şagirdləri aşkar etmək, hazırladıqları əl işlərini qiymətləndirməklə onları həvəsləndirmək və yaradıcılıqlarının inkişafına lazımı dəstəyi göstərmək məqsədi ilə keçirilən  müsabiqədən əldə olunan vəsait hesabına bu gün dərnəklər müxtəlif avadanlıq və xammalla təchiz olunur.

Qeyd olunmuşdur ki, həmin vəsait hesabına dərnəklərə 2 ədəd hana, xalçaçılıq ipləri, dulusçuluq dərnəkləri üçün gil və boyalar, ebru dərnəkləri üçün boya və rəsm kağızları, çərçivələr, misgərlik üçün mis lövhələr, toxuma və bədii tikmə dərnəkləri üçün parça, ip və rəngli saplar, bijuteriya dərnəkləri üçün daş və muncuqlar, digər dərnəklər üçün isə alətlər dəsti, boya, epoksi maye, yapışdırıcı, daş tozu, lak, rəsm çərçivələri və.s. alınmışdır.

Nazir məktəbdənkənar təhsil müəssisələrinin rəhbərlərinə yaradılan şəraitdən səmərəli istifadə olunması, innovativ dərnəklərin fəaliyyətinin gücləndirilməsi, dərnəklərin tədrisinə nəzarətin artırılması, sağlamlıq imkanları məhdud uşaqların yaradıcı fəaliyyətə cəlb olunmasının təmin edilməsi ilə bağlı tapşırıqlar vermişdir.

Tədbirin sonunda alınan avadanlıq və xammallar məktəbdənkənar təhsil müəssisələrinə təhvil verilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg