• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün212
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13943
mod_vvisit_counterBu ay18947
mod_vvisit_counterÜmumi2959758

Tarix: 11 Yan., 2025

“8 Noyabr - Zəfər Günü” ilə bağlı interaktiv dərs keçirilib

Noyabrın 5-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında “Zəfər tarixi” dərsliyi əsasında interaktiv dərs keçirilib.

İnteraktiv dərsi Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşı Emin Şıxəliyev aparıb. Emin Şıxəliyev qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.

Bildirildi ki, Azərbaycan Ordusunun cəsur əsgər və zabitləri Ermənistanın 30 il ərzində qurduğu nəhəng istehkamları yarıb keçdi, düşmənin silahlı qüvvələrini darmadağın etdi. Dünyanın 50 ən güclü silahlı qüvvəsi sırasında yer alan Azərbaycan Ordusunun qarşısında duruş gətirə bilməyən, sarsıdıcı zərbələr altında geri çəkilən işğalçı Ermənistanın silahlı birləşmələri yenə də öz çirkin ənənələrinə sadiq qalaraq müharibə cinayətləri törətməkdən çəkinmədilər. Bu hərbi cinayətlər və terror aktları Azərbaycan xalqının məğrurluğunu və iradəsini qıra bilmədi. Qəlbində Vətən sevgisi yaşadan igidlərimiz   mənfur düşmənin layiqli cavabını verdilər.

Qədim Şuşa qalasının alınması  tam qələbəmizi  müjdələyən  zəfər oldu. Ali Baş Komandan İlham Əliyev xalqa müraciətində bildirdi ki, Şuşanın azad edilməsi dünya hərb tarixində xüsusi yer tutacaq: “Şuşanın işğaldan azad edilməsi bizim gücümüzü göstərdi. Şuşanın götürülməsi çox böyük peşəkarlıq, cəsarət tələb edən əməliyyat idi. Şuşanın işğaldan azad edilməsi bizim şanlı qələbəmizdir."

Azərbaycanın şanlı tarixinə parlaq, qürurverici 8 noyabr günü qızıl hərflərlə daxil oldu. Uzun illərboyu  xalqımız bu tarixi ədalətin təntənəsini gözləyirdi. 44  günlük Vətən müharibəsi və tarixi qələbəmiz Azərbaycan xalqının nəyə qadir olduğunu göstərdi. Bu inamlı tarixi qələbədə, 44 günlük zəfər yürüşündə Naxçıvandan cəbhəyə yollanan hərbi qulluqçuların xüsusi əməyi olmuş, onlar əsl qəhrəmanlıq nümayiş etdirmişlər. Döyüş meydanlarında böyük şücaət  göstərən igid əsgər və zabitlərimiz  Azərbaycan Prezidentinin müvafiq sərəncamları ilə orden və  medallara layiq  görülürlər.

Emin Şıxəliyev bildirmişdir ki, bu gün biz qalib ölkənin vətəndaşlarıyıq.  Hər bir Azərbaycan vətəndaşı  xoşbəxtdir ki, bu tarixi qələbənin şahidi oldu. Buna görə xalqımıza bu xoşbəxtliyi  və tarixi qələbə sevincini yaşadan müzəffər ordumuza borcluyuq.  Bu gün işğaldan azad edilən torpaqlarımızda xidməti borcunu yerinə yetirən əsgər və zabitlərimiz sülhü və sabitliyi təmin edirlər.

İnteraktiv dərs 200-dən çox ümumtəhsil məktəbində izlənilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg