• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün195
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13926
mod_vvisit_counterBu ay18930
mod_vvisit_counterÜmumi2959741

Tarix: 11 Yan., 2025

Dərsliklərin müzakirəsi davam etdirilir

5 noyabr 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbdə ümumtəhsil məktəblərinin müəllimləri, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun  professor və müəllim heyətinin iştirakı ilə VII, X sinif Azərbaycan dili və ədəbiyyatı dərsliklərinin müzakirəsi keçirilmişdir.

Müzakirədə iştirak edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov çıxış edərək qeyd etmişdir ki, Ali Məclisdə keçirilən Müşavirədə Ali Məclisin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsini təmin etmək bir vəzifə olaraq tapşırılmışdır.

Verilmiş tapşırıqların icrasının təmin olunması məqsədilə 2019-cu ilin may ayından başlayaraq muxtar respublikanın qabaqcıl müəllimlərinin iştirakı ilə ayrı-ayrı dərslik və dərs vəsaitlərinin müzakirəsi aparılmışdır. Qabaqcıl fənn müəllimlərinin iştirakı ilə hazırlanmış 589 rəy və təklifdən  dərsliklərin təkmilləşdirilməsi üçün aidiyyatı üzrə təqdim olunmuşdur. Cari tədris ilində də muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin professor və müəllim heyəti ilə birlikdə müzakirələrin davam etdirilməsi nəzərdə tutulmuşdur.

Təhsil Nazirliyi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq, növbəti müzakirə ümumtəhsil məktəblərinin qabaqcıl azərbaycan dili və ədəbiyyat müəllimləri, Naxçıvan Dövlət Universitetinin, “Naxçıvan” Universitetinin, Naxçıvan Müəllimlər İnstitutunun    Azərbaycan dili və ədəbiyyat kafedrasının əməkdaşları və Universitetin “Azərbaycan dili və ədəbiyyat” ixtisasının IV kurs tələbələrinin iştirakı ilə VII və X siniflərin Azərbaycan dili və ədəbiyyat dərsliklərinə həsr olunmuşdur. Müzakirələrin sonunda rəy və təkliflər hazırlanacaq ki, bu da VII və X sinif azərbaycan dili və ədəbiyyat dərsliklərinin təkmilləşdirilməsinə mühüm töhfə verəcəkdir.

Sonra VII və X sinif Azərbaycan dili və ədəbiyyat dərsliklərinin müzakirəsinə başlanıldı. İştirakçılar hər bir bölmədə verilən mətnlərin şagirdlərin şifahi və yazılı nitqinin formalaşmasına, dünyagörüşünün zənginləşdirilməsinə xidmət etməsini qeyd etməklə yanaşı, bir sıra çatışmazlıqların–mətnlərdə təkrarçılığa yol verilməsini, cümlə üzvləri ilə bağlı dil qaydalarının səthi verilməsini, əməli yazı nümunələrinə yer verilməməsini qeyd etdilər.

Müzakirələrdən sonra yekun təkliflər hazırlanaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə təqdim olundu.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg