• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün194
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13925
mod_vvisit_counterBu ay18929
mod_vvisit_counterÜmumi2959740

Tarix: 11 Yan., 2025

“8 Noyabr - Zəfər Günü” ilə bağlı tədbir keçirilib

Azərbaycan tarixində bir çox şərəfli anlar, xalqımızın qürur mənbəyinə çevrilmiş hadisələr yaşanmışdır. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ordusunun 44 günlük tarixi zəfəri isə heç şübhəsiz dövlətçilik tariximizdə ən əhəmiyyətli hadisədir. Bu gün münasibəti ilə muxtar respublikanın məktəbdənkənar təhsil müəssisələrində konsert proqramı təşkil olunub.

Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova qeyd etmişdir ki, “Qarabağ Azərbaycandır!” şüarının müəllifi olan Prezident İlham Əliyev bunu təkcə sözdə yox, öz fəaliyyətində də təsdiqlədi. Torpaqlarımız düşmən tapdağından azad edildi.

27 sentyabr 2020-ci il tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi. Müzəffər Ali Baş Komandan və rəşadətli ordumuz torpaqlarımızı 44 günlük aktiv müharibə vasitələrlə cəmi 2 ay ərzində tam azad etməklə möhtəşəm zəfər tarixi yazdı.

Vurğulanıb ki, dərindən düşünülmüş hərbi strategiya, döyüş əməliyyatlarının məharətlə həyata keçirilməsi, orduda yüksək nizam-intizam, hərbçilərimizin müasir hərbi texnologiyalardan məharətlə istifadə etməsi, hərbçilərimizin yüksək mənəvi-psixoloji durumu, eyni zamanda Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla idarə etməsi parlaq qələbənin kökündə dayanan mühüm amillərdən idi. Məhz həmin tarix – xalqımızın tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan Qarabağın tacı sayılan Şuşa şəhərinin işğaldan azad edildiyi gün 8 noyabr Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda Zəfər Günü kimi təsis edildi.

Sonra çıxış edən Naxçıvan şəhər 14 nömrəli tam orta məktəbin tarix müəllimi Təhminə İbrahimova bildirib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur. Təhminə İbrahimova qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.

Çıxışlardan sonra “Zəfər Günü” ilə bağlı videoçarx, Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə “Zəfər tariximiz” adlı səhnəcik təqdim olunmuş, tədbirin bədii hissəsi Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvlərinin ifasında vətənpərvərlik mövzusunda mahnı, şeir və rəqslərlə davam etdirilmişdir. Eyni zamanda “Qum sənəti” dərnəyinin rəhbəri tərəfindən işıqlandırılmış lövhə üzərində vətənpərvərlik mövzusunda təsvir canlandırılmış, sonda isə muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin Zəfər Gününə həsr etdikləri rəsm və əl işlərindən, STEAM təhsillə bağlı hazırladıqları layihələrdən ibarət sərgiyə baxış keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg