• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün230
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13961
mod_vvisit_counterBu ay18965
mod_vvisit_counterÜmumi2959776

Tarix: 11 Yan., 2025

Ümumtəhsil məktəblərinin şagirdləri arasında “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

“12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü” münasibətilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Hüquqlarımızı bilək və qoruyaq” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Heyran Əhmədova çıxış edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Konstitusiyasının qəbul olunmasından 26 il ötür. Ömrünü Azərbaycanın tərəqqisinə, xalqımızın xoşbəxtliyinə həsr etmiş ümummilli lider Heydər Əliyevin dövlətçiliyimizin təşəkkül tapmasında, müasir Azərbaycanın inkişafında, demokratik və hüquqi dövlət quruculuğu sahəsində həyata keçirdiyi müdrik və uğurlu siyasətindən biri də müstəqil Azərbaycanın ilk Konstitusuyasının hazırlanmasıdır. 1995-ci ildə ümummilli lider Heydər Əliyevin sədrliyi ilə tarixi zərurət nəzərə alınaraq 33 nəfərdən ibarət Konstitusiya komissiyası yaradıldı və Konstitusiya layihəsi hazırlandı.

5 bölmə, 12 fəsil, 158 maddədən ibarət yekun layihə ümumxalq səsverməsinə çıxarıldı. Beləliklə müstəqil dövlətimizin ilk Milli Konstitusiyası 12 noyabr 1995-ci ildə keçirilən referendum yolu ilə qəbul olundu və 27 noyabr 1995-ci il tarixdə qüvvəyə mindi.

Heyran Əhmədova bildirmişdir ki, tariximizin ən mühüm hadisələrindən biri kimi qiymətləndirilən Konstitusiyanın qəbul olunması cəmiyyətin təhlükəsizliyinin qorunmasında, inkişafında, rifaha nail olunmasında və qarşılıqlı münasibətlərin qurulmasında əsas vasitədir.

Qeyd olunmuşdur ki, müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərdə vətənpərvərlik tərbiyəsini formalaşdırmaq, dövlətçilik tarixində, cəmiyyətin siyasi, mədəni və iqtisadi həyatında Konstitusiyanın rolu ilə bağlı fikirləri təbliğ etməkdən ibarətdir.

İnşa yazı müsabiqəsində muxtar respublika ümumtəhsil məktəblərinin IX-XI siniflərində təhsil alan 35 şagird iştirak edib. Şagirdlər inşa yazını təşkilat komitəsi tərəfindən təqdim olunan dəftərlərdə, 2 saat ərzində yazıblar.

Sonra müsabiqə iştirakçılarının inşa yazıları münsiflər heyəti tərəfindən yoxlanılaraq qiymətləndirilib. Nəticələrə uyğun olaraq müsabiqədə Kəngərli rayon Yurdçu kənd tam orta məktəbinin X sinif şagirdi Aysu Abdullayeva I yerə, Naxçıvan Qarnizonu tam orta məktəbinin IX sinif şagirdi Nərmin Paşayeva və Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbinin X sinif şagirdi Nuray Babayeva II yerə, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbinin IX sinif şagirdi İlknur Haqverdiyeva, Şahbuz şəhər 1 nömrəli tam orta məktəbin IX sinif şagirdi Təhminə Qasımlı və Sədərək kənd 1 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytən Ələkbərli III yerə, Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbin XI sinif şagirdi Aytac Allahyarova, Culfa şəhər 2 nömrəli tam orta məktəbin IX sinif şagirdi Nəsrin Əliyeva və Sədərək rayon Heydərabad qəsəbə tam orta məktəbinin X sinif şagirid Şəfayət Bayramova isə həvəsləndirici yerə layiq görülüb.

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg