• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün174
mod_vvisit_counterDünən1112
mod_vvisit_counterBu həftə13905
mod_vvisit_counterBu ay18909
mod_vvisit_counterÜmumi2959720

Tarix: 11 Yan., 2025

Kompleks quruculuq işləri iqtisadi gücün göstəricisidir

Muxtar respublikada hər il geniş quruculuq işləri aparılır, yaşayış məntəqələri müasir görkəmə qovuşur, insanların sosial-məişət şəraiti yaxşılaşdırılır. Həyata keçirilən quruculuq işləri Culfa rayonunu da əhatə edib. Bu gün istər Culfa şəhəri, istərsə də rayonun kəndləri müasir görkəmi ilə seçilir. Son illər tikilən yeni yaşayış və inzibati binalar, çəkilən yollar, istehsal və xidmət sahələrinin yaradılması, iş yerlərinin açılması Naxçıvanın Şərqə açılan qapısı olan Culfada məskunlaşmanı daha da artırıb, insanların rifahı yaxşılaşıb.

Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi və 5 dövlət qurumu müasir binada fəaliyyət göstərəcək.

Noyabrın 11-də Culfa şəhərində yeni inzibati bina istifadəyə verilib, Gigiyena və Epidemiologiya Şöbəsi və digər dövlət qurumları üçün hərtərəfli iş şəraiti yaradılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov binada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, 2 mərtəbədən ibarət olan binada 6 təşkilat fəaliyyət göstərəcək. Binanın birinci mərtəbəsində bələdiyyə, Dövlət Notariat Kontoru və Culfa rayon Qeydiyyat Şöbəsi üçün iş otaqları ayrılıb. Binanın ikinci mərtəbəsində Culfa şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəlik və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Culfa Rayon İdarəsinin hər birinə 4 iş otağı və arxiv, binanın birinci və ikinci mərtəbələrində isə Culfa rayon Statistika İdarəsi üçün iş otaqları nəzərdə tutulub.

Yenidən qurulan binada Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsi üçün müasir iş şəraiti yaradılıb, 20 otaq ayrılıb. Burada bakterioloji və parazitoloji laboratoriyalar fəaliyyət göstərir. İşin keyfiyyətini artırmaq üçün şöbə nitratometr, radiasiya ölçmək üçün dozimetr, PH-metr, termohiqrometr, binokulyar mikroskop, quruducu şkaf, soyuducu və digər köməkçi tibbi ləvazimatlarla təmin edilib. Bu ilin ötən dövründə şöbə tərəfindən rayon üzrə 3048 obyektdə 872 min kvadratmetr sahə dezinfeksiya, 242 obyektdə 67 min kvadratmetr sahə dezinseksiya olunub, bakterioloji laboratoriyada 2202 bakterioloji, parazitoloji laboratoriyada isə 1666 parazitoloji müayinələr aparılıb.

Bildirilib ki, Culfa Rayon Gigiyena və Epidemiologiya Şöbəsinə dezinfeksiya tədbirlərinin daha keyfiyyətlə icra olunmasında vaxt itkisinin qarşısının alınması, avtomaks və dezinfektantların rahat daşınması üçün  8 nəfərlik işçi heyətinin eyni zamanda istifadə edə biləcəyi “Changan” markalı avtomobil verilib.

Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini, Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Zeynəb Mustafayeva minnətdarlıq edərək deyib: “Muxtar respublikada sanitar-epidemioloji xidmətin yenidən qurulması islahatları başa çatdırılıb. Son bir il ərzində Gigiyena və Epidemiologiya Mərkəzi, onun Ordubad, Şərur, Şahbuz və Culfa Rayon Gigiyena və Epidemiologiya şöbələri yenidən qurularaq müasir tibbi və texniki avadanlıqlarla təchiz edilib. Yaradılan şərait imkan verir ki, həmin şöbələr istənilən fəsildə yüksək səviyyədə fəaliyyət göstərsin”.

Həkim Hüseyn Əzimov kollektiv adından minnətdarlıq edib, bundan sonra da yaradılan şəraitə uyğun fəaliyyətlərini quracaqlarını bildirib.

Binanın ətrafında abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.

Ali Məclisin Sədri gigiyena və epidemiologiya tədbirlərinin əhəmiyyətini vurğulayıb, əhalinin maarifləndirilməsi, dezinfeksiya işlərinin davam etdirilməsi, Gigiyena və Epidemiologiya şöbələrinin baytarlıq xidməti ilə qarşılıqlı fəaliyyətinin təşkili barədə tapşırıqlar verib.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg