Culfa şəhərindəki E.Nağıyev küçəsi və ona bitişik C.Məmmədquluzadə, Ş.İ.Xətai və M.Müşfiq küçələrində əsaslı yenidənqurma işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov görülən işlərlə tanış olub.
Məlumat verilib ki, küçələri əhatə edən 3,4 kilometrlik avtomobil yolu yenidən qurularaq asfalt örtük salınıb, yol üzərində 800 metr beton su kanalı çəkilib, 3170 metr səki salınıb. Yenidənqurma işləri zamanı 22 işıqlandırma dirəyi quraşdırılıb, 4230 metr hava elektrik verilişi xətləri yeraltı kabel xətləri ilə, 1000 metr məftil elektrik xətləri izolyasiyalı kabellərlə əvəz edilib, 922 metr qaz və 2590 metr rabitə xətti çəkilib.
Culfa Rayon İcra Hakimiyyətinin başçısı Siyam Hacıyev yaradılan şəraitə görə rayon ictimaiyyəti adından minnətdarlıq edib.