Bədən tərbiyəsi və idmanın məktəblilər arasında kütləviliyinin artırılması, ümumtəhsil müəssisələrində fiziki tərbiyə fənninin tədrisinin təkmilləşdirilməsi məqsədilə noyabrın 16-sı və 17- si tarixlərində Naxçıvan Muxtar Respublikası Təhsil, Gənclər və İdman nazirlikləri, Naxçıvan Muxtar Respublikası Voleybol Federasiyası ilə birlikdə ümumtəhsil məktəblərinin voleybol idman klubları arasında muxtar respublika çempionatı keçirilib. Çempionatda 11 komanda iştirak edib. Çempionat rayondaxili və final mərhələsində keçirilmişdir. Birinci mərhələnin qalib komandaları final mərhələsində qarşılaşıblar. Oyunların yekun nəticəsinə əsasən Şərur rayonunun komandası I, Şərur şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin komandası II, Ordubad rayon komandası isə III yeri tutaraq qalib olublar.
Qalib komandalar təşkilatçılar tərəfindən kubok, medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimində Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman naziri Ramil Hacı və Naxçıvan Muxtar Respublikasının Voleybol Federasiyasının sədri Mənşur Gülməmmədli iştirak ediblər.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti