Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə 18 noyabr 2021-ci il tarixdə Naxçıvan Dövlət Texniki Kollecində fizika müəllimləri üçün laborator təlimin keçirilməsinə start verilib. Təlimin keçirilməsində əsas məqsəd fizika fənninin tədrisi zamanı ümumtəhsil məktəblərində laboratoriya kabinələrinin imkanlarından səmərəli istifadə etmək, qarşıya çıxan problemlər, tədrisin keyfiyyətinin yaxşılaşdırılması, şagirdlərin fizika fənninə marağının artırılması, praktikyönümlü tapşırıqların tədbiqi haqqında müəllimlərə metodiki köməklik göstərməkdir.
Təlimi giriş sözü ilə Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodikikabinet müdiri Gülxarə Tarverdiyeva açaraq, müəllimlərə bu təlimlərin keçirilməsinin əhəmiyyəti haqqında məlumat verərək bildirib ki, bu cür təlimlərin keçirilməsi müəllimlərin qabaqcıl təcrübələrinin öyrənilməsinə, dərslərin yüksək səviyyədə tədrisinə, dərslərini müasir təlim metodları əsasında qurmasına və laboratoriya avadanlıqlarından səmərəli istifdə edilməsinə şərait yaradır. Təlimdə Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 30 müəllim iştirak edib. Naxçıvan şəhər 9 nömrəli tam orta məktəbin fizika müəllimi Yeganə Mehdiyeva tərəfindən keçirilən təlimdə hazırlanan proqrama əsasən “Elektrik sahəsi”, “Maqnit sahəsi”, “Elektromaqnit sahəsi”, “Elektromaqnitlər və elektromaqnit induksiya hadisəsi”, “Sabit və dəyişən cərəyan”, “Cərəyanların müharibəsi-Tesla Rezanatoru-İmplus qülləsi” və s. mövzularının tədrisi ilə əlaqəli müəllimlərin bilikləri təkminləşdirilib.
Eyni zamanda ümumtəhsil məktəblərində fizika fənninin kurikulumu fizika fənninin məqsəd və vəzifələrini müəyyənləşdirməklə ümumi təlim nəticələrinə nail olmaq istiqamətində bütün fəaliyyət nəzərə alınmaqla hər bir şagirdin imkan və maraqlarına dair məqsəd və vəzifələri, məzmun xətləri üzrə standartları, ümumi təlim nəticələri haqqında da müzakirələr aparılmışdır. Təlim qarşılıqlı diskussiya əsasında davam edib və müəllimləri maraqlandıran suallar Yeganə Mehdiyeva tərəfindən cavablandırılıb. Təlim 2 gün davam edəcək.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti